Belçikanın cənubunda yerləşən Chatillon şəhərinə yaxın yerdə kiçik bir meşə sahəsi var. Bu meşə sahəsi yüzlərlə köhnə avtomobillər üçün məzarlıq rolunu oynayır. Şəkillərdəki avtomobillər 2-ci Dünya Müharibəsi dövründə burada məskunlaşmış ABŞ zabitlərinə məxsus idi. Hələ də bilinmir ki, zabitlər müharibə dəhşətlərinin ortasında hansı yolla bu klassik bahalı avtomobillərə sahib ola bilmişlər. 2-ci Dünya Müharibəsi başa çatdıqdan sonra, ABŞ Avropadakı qoşunlarının çox hissəsini geri çağırdı. Lakin avtomobillərin daşınma xərci baha başa gələcəyindən ABŞ höküməti bu xərci ödəməkdən imtina edərək, zabitlərə avtomobilləri özləri ilə gətirməyə icazə vermədi.  Bütün rəsmi şəxslər avtomobillərin Belçikada tərk olunması barədə qərar qəbul etdi. Bundan sonra, avtomobillər hər biri tək-tək yuxarıda adı çəkilən meşəlik sahəyə gətirildi və sanki gözdən uzaq bu yerdə dünyadan tamamilə təcrid olundu. ABŞ-a qayıdandan sonra bəzi zabitlər avtomobillərini geri gətirməyə çalışsalar da, yol xərcləri çox baha olduğundan buna nail ola bilmədilər. Hətta heç bir avtomobil bu məzarlıqdan xilas edilə bilmədi.

Hazırda Chatillon şəhəri yaxınlığındakı meşəlik ərazidə 4 müxtəlif avtomobil məzarlığı mövcuddur və onların təxmini sayının 500 olduğu güman edilir. Keçən uzun zaman ərzində bu avtomobillərin sadəcə biri istisna olmaqla, qalan hamsı korroziya və təbiətin təsiri ucbatından dəmir yığınından başqa bir şey deyil. Avtomobillərin bir neçəsi isə, yerli klassik avtomobil həvəskarları tərəfindən oradan müxtəlif vaxtlarda götürülmüş, ya da maşınların bəzi ehtiyat hissələri oğurlanmışdır.