Əgər darıxırsınızsa, oyun oynamaq istəyirsinizsə ancaq kompüterinizin keyfiyyəti buna imkan vermirsə, sizin üçün pulsuz istifadə edəcəyiniz oyun saytlarını seçdik. 🙂

Miniclip

Miniclip.com saytında macəra və digər növ oyunlar tapa bilərsiniz. Ödənişsizdir və oyunları keyfiyyətli formada təqdim edir. Saytın əskiklərin yüklənmənin gec olması və online oyunlarda gecikmə problemidir.


Pogo

Pogo Plants vs. Zombies və Scrabble kimi məşhur oyunları oynamağınıza şərait yaradır. Saytda vaxt keçirmək üçün bir çox oyun mövcuddur. Bəzi oyunlara görə sayta giriş etməlisiniz, bundan əlavə saytda reklamlar da yer alır.


Playretrogames

Bu sayt internetdəki ən yaxşı pulsuz oyun saytlarından biridir. “Playretrogames“də “Castlevania” və “Jurassic Park” daxil müxəlif 8 bit oyunlar var. Saytda yüklənmə prosesi gec ola bilər, amma reklam heç yoxdur. 90-ların oyunları sizə əsl nostalji yaşayadacaq.


MmoGames

MMO tərzində oyun sevənlər üçün bir nemət kimi sayt. Yükləmə seçimi ilə birlikdə böyük online oyun kitabxanası təqdim edir. MMO və ROG oyunları ilə dolu bu saytın mənfi cəhəti yüksək həcmli oyunların yüklənməsi zamanı yavaşlamasıdır.


Poki

Poki.com“da “Subway Surfers” və “Bullet Force” kimi məşhur android oyunlarını kompüterlə oynaya bilərsiniz. Saytdakı reklamlar keçiləbiləndir.

Bütün saytlarda oyunların yüklənmə vaxtları uzundur. Əgər internetiniz sürətlidirsə, bunu problem etməyin. Xoş əyləncələr! 🙂

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry