2019-cu il sinema sahəsinin ən məhsuldar illərindən biri oldu. İlin ilk yarısında uğurlu filmlərin sərgiləndiyini demək çətin olsa da, digər yarısında qarşımıza möhtəşəm əsərlər çıxır. “Netflix” də sinema sahəsində olduqca irəliləyiş göstərərək ilk onluğa girə biləcək filmlər ortaya çıxarıb. Qeyd etmək lazımdır ki, filmlər IMDb balına əsasən sıralanıb.

19. Glass / IMDb 6.7
“Split” filminin davamı kimi çəkilmiş filmdir. Glass-da Kevin Wendell, Crumb-ın xarakterlərindən ən təhlükəlisi olan “The Beast”in izinə düşməsindən bəhs edilir.


18. God Exists, Her Name Is Petrunya / IMDb 6,9
Xaç çıxarma mərasiminə qadınların qatılmasına yaxşı baxılmayan bir məkanda Petrunyanın mərasimə qatılması ilə hadisələr cərəyan etməyə başlayır. Həm dini, həm cəmiyyət qavramlarını sorğulamağa məcbur edən film ilin ən yaxşıları arasında yer almağı bacarıb.


17. Us / IMDb 6.9
Bir ailənin dəniz sahilinə etdiyi səyahətin necə xaosa çevrildiyindən bəhs edən bir filmdir.


16. Ad Astra / IMDb 7.0
Baş rolda Brad Pitti gördüyümüz bu film elmi-fantastik janrda çəkilmişdir. Film Royun 20 il əvvəl kosmosda itirmiş atasını tapmaq üçün çıxdığı kəşfdən bəhs edir.

2019 en iyi filmler ad astra filmi
15. Frozen
Ölkəmizdə “Soyuq ürək 2” olaraq tərcümə edilən film, uşaqların və ailələrin ən səbirsizliklə gözlədiyi filmlər siyahısında idi. Film izləmə rekordları qırdığı üçün siyahıda öz yerini alıb.


14. El Camino: Breaking Bad Movie / IMDb 7.4
Əfsanəvi serial Breaking Bad-in sinemaya keçişi olan El Camino, təkcə serialın fanları tərəfindən deyil, bir çox kütlənin də maraqla gözlədiyi filmlər arasında idi. Serialın davamı çəkilən film, bəyənilsə də, bir çox tənqid də aldı.

2019 en iyi filmler el camino a breaking bad movie filmi
13. Monos / IMDb 7.5
Drama və müharibə filmi olan Monos, fantastik bir dünyada həyatda qalmağa çalışan insanların hekayəsindən bəhs edir.

2019 en iyi filmler monos filmi
12. John Wick 3: Parabellum / IMDb 7.6
Əfsanə filmlərin əfsanı aktyoru Keanu Reevesin baş rolda olduğu film, John Wick seriyasının üçüncüsü 2019-cu ilin ən yaxşı filmləri arasına girməyi bacardı.

2019 en iyi filmler john wick 3 filmi
11. Pain and Glory IMDb / 7.7
Antonio Banderas, Penelope Cruz kimi bir çox önəmli aktyor iştirak edir. Film izləyiciləri hüzn və ümidi eyni anda yaşa daraq, həyata aid bir çox şeyləri də sorğulamağımıza səbəb olur.

2019 en iyi filmler pain and glory acı ve zafer filmi
10. The Farewell / IMDb 7.8
2019-cu ilin filmləri siyahısında öz yerini almış komediya-dram janrında çəkilmiş bir filmdir. Çinli bir ailənin nənəsinin ölməzdən qabaq bir dəfə də toyunun keçirilməsi ilə başlayan bir macəradan bəhs edir.

2019 en iyi filmler farewell filmi
9. Once Upon A Time… In Hollywood / IMDb 7.9
Quentin Tarantinonun imzasını daşıdığı üçün belə izlməyə dəyər olan filmdir. Baş rollarda Leonardo DiCaprio və Brad Pitt olduğu üçün də izlənməyə maraq oyadır.

2019 en iyi filmler once upon a time in hollywood filmi
8. Toy Story 4 / IMDb 7.9
Toy Story seriyasının 4-cü filmi çıxmazdan əvvəl də bütün marağı üzərində toplamağı bacarmışdı. Xüsusilə ailələrin uşaqları ilə birlikdə sevərək izlədiyi, sadəcə uşaqlara deyil, böyüklərə də yaxşı mesajlar çatdıran bir filmdir.


7. And Then We Danced / IMDb 8.2
Bildirmək lazımdır ki, film LGBTİQ+ mövzusuna diqqət çəkmək məqsədi daşıyır. Xüsusilə, homofoblar tərəfindən olduqca böyük tənqidlərə məruz qalan film, ənənəvi homoseksual filmlərindən fərqli olaraq, mövzunu qabartmadan ifadə etməyi bacarıb.

2019 en iyi filmler and then we danced ve sonra dans ettik filmi
6. The Lighthouse / IMDb 8.3
Ağ-qara film həvəskarları üçün ideal filmdir. 2019-cu ilin ən yaxşı filmləri siyahısına girməyi bacaran, hüznlü bir hekayəyə sahibdir. İki dəniz fənərçisinin yalnızlıqdan ağıl sağlamlıqlarını itirməkləri sayəsində yaşadıqlarını qorxudan bəhs edir.

2019 en iyi filmler the lighthouse
5. Marriage Story / IMDb 8.4
2019-cu ildə romantic sevgi filmini çəkmək olduqca riskli olsa da, bu film ən yaxşılar siyahısına girməyi bacardı.

2019 en iyi filmler the marriage story filmi
4. Avengers: Endgame / IMDb 8.5
Komiksləri ilə hər yaşdan insanın marağını qazanan Marvel Comics şirkətinin Qisasçılar adlı superqəhran seriyasının final filmi idi. Hələ yayımlanmazdan əvvəl satış rekordları qıran bu filmi, ən yaxşılar siyahısına əlavə etməsək olmazdı.

2019 en iyi filmler avengers end game
3. The Irishman / IMDb 8.6
Əsrarəngiz hekayəsi olan və 3 oskar almış aktyorun da iştirak etdiyi bu film böyük səda yaymışdı. Hələ yeni yayımlanmış filmin siyahıda ilk üçlüyə girməsinə bir çox səbəb var təbii ki. Buna izlədyiniz zaman qərar verə bilərsiniz.

2019 en iyi filmler the irishman filmi
2. Parasite / IMDb 8.6
Həmişə Amerikan istehsalı olan filmlərin yer aldığı siyahılardan fərqli olaraq, bu dəfə Cənubi Koreya istehsalı olan filmlərdən biri olan Parasite filmi siyahıda ikinci yerə çıxmağı bacarıb.

2019 en iyi filmler parasite parazit filmi
1. Joker / IMDb 8.7
Siyahının ilk yerində isə tarixə adını yazdıracaq bir film dayanır. Bir çox insanın gözləntilərini qarşılamasa da, filmi bəyənənlər olduqca çoxdur. Eyni zamanda filmin haqqını da vermək lazımdır, bu ildə cərəyan edən hadisələrə təsirini buraxmağı bacardı. Instagramdakı filterlərdən, aksiyalardakı maskalara qədər…

2019 en iyi filmler joker
Bəs sizin film siyahınız necə olardı? Şərhlərdə bölüşə bilərsiniz! 😊