Maisie Hymers, 8 yaşında İngiltərəli balaca bir qızdır. Maisie bütün il boyunca ailəsindən aldığı cib xərcliyinin hamısını yığmışdır. İşin gözəl tərəfi də budur: Pul toplamaqdakı məqsədi özünə bir şeylər almaq deyil, xəstə uşaqlara yeni il hədiyyəsi almaqmış!…



Maise’in keçən il qolu qırıldığı üçün xəstəxanaya yatırılmışdır. Burada olan xəstə uşaqları gördükdə isə çox təsirlənmiş və onları bir az xoşbəxt edə bilmək üçün bu gözəl işə başlamağa qərar vermişdir. Sonrasında da bütün il pul yığmışdır.



Qısa müddət əvvəl də aldığı hədiyyələri vermək üçün anası, atası, nənəsi və qardaşlarıyla birlikdə bu xəstəxanaya getmiş və orada yataraq müalicə alan uşaqlara paylamışdır.



Ana və atası qızlarıyla qürur duyduqlarını haqlı olaraq söyləyir. Maisie isə bu xeyriyyə işlərini bir həyat tərzi halına gətirəcək kimi görünür: Balaca qızımız “Gələn il də bənzər bir şey etmək istəyirəm, amma nə edəcəyimi hələki bilmirəm.” deyir. Yeni ili xəstəxanada müalicə olaraq keçirəcək uşaqlara mənəvi dayaq olduğu üçün gənc qızı böyük təşəkkür düşür.