ABŞ-ın Nyu-York şəhərində yaşayan Devan Carro adlı uşaq ölümcül xəstəliyə tutulub. Onun xəstəliyi keçici olduğu üçün məktəb rəhbərliyi onun dərslərdə iştirak etməsinə icazə vermir. Lakin D.Carro dərslərindən geri qalmaq istəmir. Bu məqsədlə o, öz yerinə dərsə getməsi üçün robot sifariş edib. Qiyməti 5 min dollar olan robot D.Carronun yerinə dərslərə gedir. Onun yerinə dərslərdə oturur, müəllimi dinləyir. D.Carro “Robosvot” adlı robotun gözünə yerləşdirilən kamera vasitəsilə dostlarını görür, dərsləri dinləyir, hətta imtahanlarda iştirak edir. O, dərs müddətində evdəki kompüterin qarşısında olur, müəllimləri dinləyir, istədiyi vaxt müəllimlərə sual verir. Robotun köməyi ilə müəllimlərin nəzarəti altında imtahan suallarını cavablandırır.