Hamımızın həyatdan müəyyən gözlədiyi şeylər var. Hamımız bir şey bacarmağa və ya biriləri kimi olmağa çaba göstəririk. Bununla birlikdə, bəzən xəyal qırıqlığına uğrayıb özümüzü pis hiss edirik. Çünki əldə etdiyimiz nəticə gözlədiklərimiz ilə üst-üstə düşmür. Hər bir mövzuda işlər istədiyimiz kimi getməyəndə nəticəsi xəyal qırıqlığı olur. Həyatda böyük şeylər hədəfləmək yaxşıdır, amma sadəcə müəyyən səviyyəyə qədər. Bir şeydən və ya bir insandan çox şey gözləməməliyik.

Gözləntilərinizi aşağı salmaq, aşağı həyat keyfiyyəti demək deyil. “Gözlənti yoxdursa, xəyal qırıqlığı da yoxdur”. Bu cümlə ilə razısınız? Bir çoxumuz bu cümlənin doğru olduğuna inanırıq. Çünki həyat qəribədir və həmişə dəyişir. Bundan sonra nə olacağını heç birimiz bilmirik. Əldə edilə bilməyən və ya həqiqətlə uyğun olmayan heç nəyi gözləyə bilmərik. Həyatın bizim üçün bir planı olduğu həqiqətini qəbul etməliyik.

Gözləntilər bir şeyin olacağına və ya bir şeylərin yolunda gedəcəyinə inanmağımızı təmin edən güclü inanclardır. Əslində bir şeylər gözləyirik, çünki indiki haldan məmnun deyilik. Nəticə olaraq həqiqəti qəbul etmədiyimiz zaman özümüzü məmnun etmək üçün xəyali olan şeylər düşünüb, onları gözləməyə qərar veririk.

Daha yüksək gözləntilərə sahib olmaq, həyatınızı yaşamadığınızın bir əlamətidir. Daha sonra isə gözləntiləriniz qarşılanmadığı zaman acı çəkməyə başlayırsınız. Həyatınızı boşa xərcləməyin və gözləntilərinizi qarşılamaq mövzusunda əndişə duymayın.

Həyatdan nələrsə gözləmək yerinə, ayağa qalxın və həyatınızı yaşayın. Onu olduğu kimi qəbul edin və cəsarətinizin qırılmasına icazə verməyin. Həyatınızı asanlaşdırmaq üçün gözləntilərinizi aşağı salmağı sınayın.

1. Gözləntilərinizin fərqində olun.
Hamımızın həyatında etmək istədiyimiz, olmasını istədiyimiz şeylər var. Amma bunların hamısını reallaşdıra bilmərik. Gözləntilərimizi tanımağın əsas səbəbi budur. Onların əl çatan olub-olmadığını bilmək lazımdır.

2. Digər insanlardan gözləntiləriniz olmasın.
Xəyal qırıqlığından qaçınmaq üçün ən yaxşı edə biləcəyiniz bir şey başqalarından heç nə gözləməməkdir. Gözləntilər insanı kefsiz hiss etdirir, gözləntilərinizi azaldaraq xoşbəxt hiss edə bilərsiniz. İnsanlar hər zaman sizin istədiyiniz kimi davranmayacaq. Özünüzü həm müsbət, həm də mənfi fikirlərə açıq tutun.

3. İnsanların sizi sevməsini gözləməyi buraxın.
Bir nəfər sizi sevirsə, bu bütün dünyanın sizi sevəcəyi mənasına gəlmir. Hər kəsin fərqli təbiəti var, kimsə sizi bəyənmədiyi və ya eyni fikirdə olmadığı üçün onları tənqid etməməlisiniz.

4. Həmişə haqlı ola bilməzsiniz.
Hər zaman haqlı ola bilməyəcəyinizi bilməlsiniz. Xətalı olacağınız zamanlar da olacaq. Eyni zamanda haqlı olduğunuzu düşündüyünüz zaman, bu insanların da sizin düşündüyünüz kimi hiss etdiyi mənasına gəlmir.

5. Nəticəyə deyil, prosesə fokuslanın
Xəyal qırıqlığına uğramağın ən böyük səbəblərindən biri də sadəcə son nəticəyə fokuslanmaqdır. Bir çox insan sadəcə nəticəyə fokuslanır və beyinlərində buna çata biləcəklərinə inanırlar.

Daha böyük nəticə istəyirsinizsə, ən yaxşı şey prosesə aşiq olmaqdır. Nəticəni düşünməyə başlayanda gözləntiləriniz olur və bu gözləntilər həyata keçməyəndə ruh sağlamlığınıza təsir edir.

6. Müqayisə, tənqid və gözləməyi tərgidin.
Özünüzü başqaları ilə müqayisə etmək və başqalarını tənqid etmək gözləntilərə yol açır. Özümüzü müqayisə etdiyimiz zaman ümidimiz daha da arta bilər.

Kimsə bir şeyi filan yaşa qədər bacara bilibsə, bu sizin də etməli olduğunuz mənasına gəlmir. Hər kəs fərqlidir. Fərqli güclü və zəif yönlərimiz var. Özünüzü başqaları ilə qarşılaşdırmayın və digərlərinin etdiklərini etməli olduğunuzu düşünməyin.

Həm tənqidlər, həm də müqayisələr mənfilik yaradır. Bu davranışlar isə gözləntilərinizi artırır. Başqalarını tənqid etməyin, həyatınızı layiqincə yaşamaq üçün öz yolunuzu özünüz çəkin.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry