Dostluq haqqında qısa

0
89904

Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki… Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. Dostlarınla gözəl münasibət qur.

Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol,mərd adamda çox da nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi üstün tuturlar, səni yox. Dostun yaxşısı da olar, pisi də, hər ikisi ilə dostluq et, yaxşıları ilə ürəkdən dostluq et, pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu təmin edilmiş olar.

Ehtiyac həmişə yaxşı dostlara düşməz, elə vaxt gələ bilər ki, pis dostlara da adamın işi düşə bilər. Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi, pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar, lakin sən yaxşıların yolu ilə get ki, hər iki dəstənin dostluğu sənə nəsib olsun, amma heç vaxt axmaq adamlarla dostluq etmə, çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki, yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.

Adamlarla orta dost ol, dostlarının çoxluğuna bel bağlama… Əsl dost özünü hesab et, ətrafina diqqətlə bax.. Dostlarının etibarlılığına ümid edib arxayınlaşma…Min dostun olsa belə, heç kəs sənə özündən artıq dost ola bilməz. Dostu xoş və bəd gündə də yoxla, xoş gündə hörmətinə, bəd gündə isə köməyinə görə. Düşmənini düşmən hesab etməyəni dost bilmə, elə adam tanış adlanar, dost sayılmaz.

Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki, sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən. Tək olmaq pislə oturmaqdan yaxşıdır.

Tamahkar dostdan qaç, onun dostluğu tamah üzündən olar, həqiqi dostluq olmaz. Kinli adamlarla dostluq etmə, kinli adam dostluğa layiq deyil, ürəyi həmişə kinlə dolu olar.

Hər zaman dostluqda möhkəm ol, onda sənin də işlərin möhkəm olar. Axmaq bir şey üstə dost səndən üz döndərirsə, onu geri qaytarmağa çalışma. Deməli ləyaqəti yoxdur. Dostlarınla pis vaxtlarında da yaxşı vaxtlarındakı kimi rəftar et. O adamı dost hesab et ki, onun da səni dost hesab etdiyinə əminsən…

Nəyim varsa – mən payladım dostlara, 
O dosta ki, onun yoxdu, mənim çox. 
Hərdən – hərdən mən də umdum dostlardan, 
O dostdan ki onun çoxdu, mənim yox. Dara düşdüm darda görsəm dostumu, 
İçimdəcə həzin – həzin ağladım. 
Öz yaramın sarığını açıb mən, 
Dostlarımın yarasını bağladım.

Qaça-qaça, uça-uça yaşadım. 
Kim bilir, mən niyə belə incəldim, 
Kimsə dostun sərvətini bölüşdü, 
Mən dərdini bölüşəndə dincəldim.

İçim-çölüm çox oxunan kitabdır, 
Düşünməyin: “yerin-göyün sirri o”. 
Tanış olun dost sandığım dostlarla: 
Biri odu, biri odu, Biri o…

 

Bir də, dostlarının dostları haqqında fikirləş, onlar da dostlar cərgəsində hesab edilərlər, lakin düşməninlə dostluq edəndən ehtiyatlı ol, ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin. Dostunla düşmənlik edənlərdən də özünü qoru. Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə.

Tez-tez dost dəyişdirməyi adət etmə,dostu çox olanın eyibləri örtülər, ləyaqətləri meydana çıxar, lakin təzə dost tapdıqda köhnəsinə uz çevirmə. Yenisi ilə dost ol,köhnəsi də qoy yerində qalsın, beləliklə, dostların sayı çoxalsın. Deyiblər ki : “Yaxşı dost böyük xəzinədir”. Bir də, səninlə dostlaşmaq istəyən,lakin hələlik yarımdost olan adamlar haqqında da fikirləş, onlara yaxşılıq et.

Dostluq zamana və yerinə baxmadan, maddi və mənəvi keyfiyyətlərə o  qədər də əhəmiyyət verməyən dünyanı ağ-qara rəngdə yox, rəngarəng  görən duyğu və duşüncəsini özündə cəm edən insandır.

Dost varlığıyla  hər  anımı dəyərli  edən  sevinc, göz  yaşı, qurur, təsəlli hissini  bir  arada  yaşada  bilən,həyatıma  dəyər  qatan  unudulmaz  varlığımdır.

Varlığı  mənim  üçün  dəyişməz qalan, uzaqlarda  olsa  da  yeri  hər  zaman  görünən,varlığını  bir  sms-lə bildirən  candır – dost.

Dostluq  fədakarlıqdır. Özünə  belə  etiraf  edə  bilmədiyin  sirrini, yaşadığın hər  anı  bilən,sənə mənəvi  dayağ  olan, Üzüntülü  anında belə  üzünü bir anlığa da olsa güldürə biləndir dost. Sənin dərdini  özününki  bilən,yaşadığın  hər  anı  səninlə  yaşayan  etibarlı bir  ürəkdir. Həyatda  hamıya  inam ,etibar olmaz  dost  elə bir  seydir ki, ona gözü  bağlı güvənməlisən. Təbii ki, bunun üçün zaman da çox  önəmlidir.

Kimlər  həyatımıza  gəlsə də  onun  yeri həç  vaxt  dəyişmyərək  qalacaq. Mənim  üçün  bu, illər  keçsə də  belə  qalacaq. Bəlkə də belə  düşündüyüm üçündür  ki, illərdir dostluqlarım  davam  edir. Dostluğa nə qul, nə ağa lazımdır. O,bərabərliyi sevir.

Bəzən dostluqlar  adi  bir  səbəbdən bitə  bilir. Bunu hər  iki  tərəf də qəbul etməsə də, bəzən  qurur  hissi bunu  bitirə bilir, bəzən də başqa  birinin tək  bir  sözü. Mən bilib-bilmədən  dostluğu bitirməyə çox  qarşıyam. Nöqsansız dost axtaran dostsuz qalar.

Həyatda bəzi  anlar  vardır ki, o anlarda dost və düşmənini tanıya  bilirsən. Məncə dost  şad  gündə tanınır, çünki  dar  gündə hamı  yanında olur.ama  sevincli  gününə hamı sevinə  bilməz. Ailə və dostdan başqa.

Dost sarğı kimidir. Yapışdırarkən yaranı sarar amma çıxararkən canı yandırıb yaxar…

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: