Yerli Tibet xalqı olan Şerpalılar buranı Comolunqma (kainatın Tanrıçası), Nepalda isə Sagarmatha (Səma Tanrıçası) adlandırırlar
Everestin 60 milyon illik yaşı var
Hindistan tektonik tavasının Asiya tavası ilə toqquşması nəticəsində formalaşıb
2015-ci ildə Nepalda baş verən zəlzələ zamanı zirvə 2,5 sm alçalmışdı, ümumilikdə isə hər il 4 mm yüksəlir
Zirvəsində temperatur -62 dərəcə şaxta, küləyin sürəti isə 90 m/saniyə və ya 322 km/saat təşkil edir. Müqayisə üçün qeyd edim ki, Abşeron yarımadasında qasırğalar zamanı küləyin sürəti 35 m/saniyədən çox olmur
Everestə dırmaşmaq sadəcə May ayında əlverişlidir, çünki il boyu buz və qarla örtülü olur
İnsan üçün ordakı şəraitə adaptasiya prosesi 2 ay çəkir. Buna görə də dağın yamacından etibarən zirvəyə doğru bir neçə kamplar var. Alpinistlər növbə ilə bir kampı ondan yüksəkdəki digər kampa dəyişirlər
Zirvəni fəth edən ilk şəxs Yeni Zellandiyadan olan alpinist Sir Edmund Hilary və partnyoru yerli Nepal sakini Tenzing Norgay olub. Onlar 1953-cü il, 29 may tarixində cənub yamacından dırmaşmışdılar
Everest tarixinin ilk və son oksigensiz dırmanışına Reinhold Messner və partnyoru Habeler imza atıb. 1978-ci il, 8 may tarixində zirvəyə çatan alpinistlər bunu heç bir oksigen maskası olmadan bacarmışdılar. Bu hadisə bütün tibb dünyasını şoka salmışdı. Qeyd edim ki, 1980-ci ildə Tibet tərəfdən bir daha buna cəhd edən Messner zirvəyə təkbaşına çatan ilk alpinist olmağı bacarır
İndiyə qədər 5000’dən çox şəxs uğurlu dırmanış ediblər ki, onların arasında 13 yaşlı görmə məhdudiyyətli şəxs və 73 yaşlı qadın da var idi
2013-cü ildə zirvəni fəth edən yaponiyalı Yuichiro Miura (80 yaş) ən yaşlı şəxs kimi tarixə düşür
1856-cı ildə George Everest’in ölümündən sonra zirvə onun şərəfinə adlandırıb. George özü heç vaxt Everest’i fəth edə bilməmişdir
2005-ci ildə zirvədə nepallı cütlük ailə həyatı qurdular ki, bu da bir ilk oldu
Burada nəfəs almaq üçün sizə normadan 3 qat artıq oksigen lazım olacaq. Səbəbi isə olduqca aşağı olan atmosfer təzyiqidir
Everestdə 200 insan cəsədi var ki, onlardan istiqamət kimi istifadə olunur
Burada suyun qaynama temperaturu +71 dərəcədir, normal şərtlərdə isə bu rəqəm +100 dərəcədir
Zirvədə yüksək sürətli internet də var