Dünya tarixində baş verən bəzi hadisələr kəpənək effekti yaradıb və bütün tarixi dəyişdirmişdir. Bu hadisələr o qədər təsirli olmuşdur ki, bir çoxu yaşanmasa dünya hal-hazırda fərqli bir yer idi. Tarixə istiqamət verən 20 hadisə…

1. Təkərin icadı

Təkər e.ə. 3500-cü ildə icad olunmuşdur. Günümüzdəki nəqliyyatın yeganə yoludur. Təkər olmasaydı, hər şeyin roketlər kimi bir anda havalanaraq irəliləyə bilməsi lazım olardı.

2. Yazının kəşfi

Yazı e.ə. 3300-cü ildə kəşf olunmuşdur. Tarixin qeydə alınması bu kəşfdən sonra başlamışdır. Tarix ilə günümüz arasındakı ən sağlam körpü, yazıdır.

3. Maraton müharibəsi

E.Ə. 490-cı ildə yaşanan Maraton müharibəsi nəticəsində yunanlar Pers işğalından qurtulmuşdur. Bunun sayəsində qədim yunan fəlsəfəsi və mədəniyyəti günümüzə qədər gəlib çatmışdır.

4. “Magna Carta”

Bu sərəncam, 1215-ci ildə imzalanmışdır. Bu sənəd ilə İngiltərə kralının səlahiyyətləri məhdudlaşdırılmışdır. Xalqa haqq və azadlıq tanınmışdır. Konstitusiyanın təməli qoyulmuşdur.

5. Renessans (intibah) dövrü

Renessans, 15 və 16-cı əsrlər arasında İtaliyada ortaya çıxmışdır. Elmin önünü açmış və insana dəyərin artmasını təmin etmişdir.

6. Reform

15 və 17-ci əslərdə bütün Avropanı təsiri altına almışdır. Reform hərəkatının nəticəsində Katolik kilsəsi öz təsirini itirmişdir. Protestantlıq ortaya çıxmışdır.

7. Fransa inqilabı

1789-1799-cu illər arasında həyata keçən bir inqilabdır. Fransa monarxiyasının çökməsinə səbəb olmuşdur. Katolik kilsəsi ciddi reformlar etməyə məcbur qalmışdır. İnqilab bütün Avropaya təsir göstərmişdir.

8. Telefonun icadı

Aleksandr Qraham Bell telefonu 1876-cı ildə icad etmişdir. Telefon, əlaqə yaratmağın təməlini qoymuşdur. Günümüzdəki münasibətlərə istiqamət vermişdir.

9. Eletrikin icadı

Elektrikin icadı ilə elektronik dövrə keçid başlamışdır.

10. I dünya müharibəsi

1914-1918 illərində baş vermişdir. I dünya müharibəsi nəticəsində Avropadakı bir çox qayda dəyişdi. Osmalı və Avstriya-Macarıstan imperatorluğu parçalandı. Çar Rusiyası dağıldı. Türkiyə, Macarıstan, Polşa, Çexiya, Latviya, Litva və Ukrayna quruldu.

11. Osmanlı dövlətinin çöküşü və Türkiyə Cumhuriyyətinin qurulması

1923-cü ildə Türkiyə Cumhuriyyətinin elan edilməsi ilə dünya xəritəsi yenidən cızılmışdır.

12. Adolf Hitlerin və Nasist Almaniyasının iqtidara gəlməsi

1933-cü ildə Adolf Hitlerin iqtidara gəlməsi ilə tarix yenidən yazılmışdır. Adolf Hitler II dünya müharibəsini başlatmış və Yahudi soyrqımını gerçəkləşdirmişdir.

13. II dünya müharibəsi
1939-1945-ci illərdə 2-ci dünya müharibəsi ilə Almaniya ikiyə bölündü. ABŞ və SSRİ arasında soyuq savaş başlamışdır.

14. Stalinqrad müharibəsi

1942-1943-cü illərdə Adolf Hitlerin Stalinqrada hücum etməsi Nasist Almaniyasının çöküşünü başlatmışdır. Əgər Hitler bu müharibədən qalib çıxsaydı, tarix tamamilə fərqli olacaqdı.

15. Atom bombasının icadı

1945-ci ildə tarixin ən qəddar hücumu edildi. Nüvə silahları dövrü başladı.

16. ENIAC

1947-ci ildə ilk tanıdılan kompüter ENIAC günümüzdəki kompüterlərin yaradılmasını başlatdı.

17. İnsanın aya uçuşu

1969-cu ildə Neil Armstoqun aya ayaq basması ilə soyuq savaş dövründəki Amerika super güc elan edilmiş və kosmos çağı başlamışdır.

18. Berlin divarının dağıdılması

1989-cu ildə Berlin divarının dağılması ilə Almaniyada şərq və qərb ayrılığı bitmişdir. Almaniya Demokratik Republikası rəsmi olaraq sonlandırılmışdır.

19. SSRİ-nin dağılması

25 dekabr 1991-ci ildə SSRİ dövlət başçısı Mixail Qorbaçovun istehfa etməsi ilə SSRİ dağılmağa başlamışdı. Asiya və Avropanın siyasi xəritəsi dəyişdirilmiş və müstəqil dövlətlər qurulmağa başlamışdı.

20. 11 Sentyabr hadisəsi

11 sentyabr 2001-ci ildə dünyanın ən böyük terror hücumu gerçəkləşdirildi. 11 Sentyabr hücumundan sonra İslam terror adı altında hallanmağa başladı. ABŞ bu bəhanə ilə orta şərqə hücumlar etməyə başladı.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Dünyanın dəyişməsinə səbəb olan 20 tarixi hadisə" A few seconds ago