Qrafiti divarlara çəkilən şəkillər və ya yazılar yolu ilə özünü ifadə etmək olaraq adlandırılır. İlk dövrlərdə insanların mağara divarlarına çəkilən şəkilləri də qəbul etsək, qrafitinin tarixi yüz illər əvvələ qədər gedib çıxır.

Vandalizm, vandallıq isə köhnə mədəniyyət və sənət abidələrini zövq üçün dağıdan, dəyərini bilməyən bir topluluq mənasına gəlir. Dövlətə və ya bir şəxsə aid olan bir mülkə zərər verməkdir.

Günümzdə dünyanın demək olar ki, hər yerində, şəhərlərin ortaq məkanları vandalizm hücumlarına məruz qalır. Xuliqanlıq kimi vandalizm də cinayət olaraq qarşımıza çıxır. Özlərinə küçə rəssamı deyən və qraffiti ilə məşğul olan insanlar bunu sənət adlandırarkən, bir çox insan tərəfindən vandalizm olaraq dəyərləndilir.

Dünyanın bir çox yerində olduğu kimi ölkəmizdə də bu axına rast gəlmək olur. Bunun üçün sprey boyalar və fırçalar istifadə edilir. Qrafiti, yazılar, siyasi və hüquqi, dini avtoritara qarşı gəlmək məqsədi ilə divarlara yazılar yazmaq və qaralamalar etməklə yanaşı, müxtəlif növ əsərlərlə də qarşımıza çıxa bilir. Bu işlə məşğul olan insanların fikrinə görə sıxıcı və maraqlı olan yerləri sənət əsəri halına gətirirlər.

Qrafiti ilə məşğul olan insanlarla edilən müsahibələrə əsasən maraqlı məlumatlar ortaya çıxmışdır. Onlar deyir ki, bu iş üçün insanların çox keçdiyi yerlərə üstünlük verirlər, lakin bu yerlər elə olmalıdır ki, həm də tutulma riski çox aşağı olsun. Həmçinin, bu işlə məşğul olanlar gördükləri işin sonsuza qədər qalmayacağını nəzərə alaraq edirlər.

Araşdırmalardan məlum olmuşdur ki, qrafiti ilə məşğul olan insanlar, öz bacarıqlarını divarlar üzərində deyil, əsl sənətkarlar kimi kağız və ya kətan üzərində etməyə başlamışdır. Bu sayədə onlar etdikləri işləri muzey və ya sərgilərə verərək pul qazanmaq imkanı əldə edirlər. Həm də əməklərini qalıcı olaraq saxlamaq imkanına malik olurlar. 

küçə sənəti
Lakin günümüzdə bir çox insan qrafitini vandalizm olaraq görsə də, bunu sənət əsəri olaraq qəbul edənlər də kifayət qədər çoxdur. Dünyanın bir çox yerində dövlət müəssələri göz oxşayan işləri görüb, qrafiti üçün xüsusi ərazilər nəzərdə tutmuşdur. Beləcə, insanların mülklərinə zərər vermədən öz sənətlərini icra edə bilərlər.

Günümüzdə və ölkəmizdə bu işi incəsənət olaraq görən və öz məkanlarının bəzədilməsi üçün bu işə üstülük verən bir çox insan da mövcuddur. Qrafiti göz oxşayan sənət əsəri olaraq icra edildiyində küçə sənəti adlandırmaq olar, lakin dövlət müəssələri tərəfindən hər hansısa bir ideologiyanın təbliği olaraq edildiyi zaman cinayət olaraq görülür.