Dünyada insanların 15 faizi, yəni hər yeddi nəfərdən biri solaxaydır. Bu yazımızda çalışacağıq ki, solaxaylar haqqında hələ heç yerdə eşitmədiyiniz, oxumadığınız, görmədiyiniz məlumatları sizə çatdıraq. Vaxt itirmədən başlayaq.


  1. Şizofreniya xəstəliyinə sahib olan insanların 40 faizini solaxaylar təşkil edir.

  2. Sağ əlli insanlar yeməyi ağızlarının sağ tərəfi ilə, solaxaylar isə sol tərəfi ilə yeməyə meyl edirlər.

  3. Hər il 2500 solaxay sağ əlli insanlara uyğun hazırlanmış qurğulardan istifadə edərkən həyatını itirir.

  4. Solaxaylar digərlərinə nisbətdə 3 il daha az ömür sürürlər.

  5. Araşdırmalara görə, İQ-ü 140-ın üzərində olan insanlardan əksəriyyəti solaxaydır.

  6. Digər bir araşdırmada isə vaxtından əvvəl dünyaya gələn körpələrin daha çox solaxay olduğu müəyyən edilmişdir.

  7. Solaxay insanların homoseksual olma ehtimalı 39% daha çoxdur.

  8. Solaxay əsgərlər əl bombalarını hazırlayarkən və atarkən onu tərs çevirmək məcburiyyətindədirlər. Bunun səbəbi təhlükəsizlik sancağının yerləşdiyi yerin solaxaylara tərs olmasıdır.

  9. Bir insanın solaxay olmasında genetik faktorların rolu yalnız 25 faizdir.

  10. Solaxaylar post-travmatik stres pozğunluqlarından digər insanlara görə daha çox əziyyət çəkirlər.

  11. Sorğuya əsasən, solaxayların sağ əlli insanlardan 12% nisbətində daha az qazanca sahib olduqları ortalığa çıxmışdır.

  12. Solaxayların beyinləri kompüter oyunu və yaxud idman oyunları zamanı daha sürətli işləyir.

  13. Solaxaylar birdən çox məlumatı eyni anda qəbul etməkdə digərlərindən daha bacarıqlıdırlar.

  14. Onlar həmçinin bir çox konsepti düşünüb, analiz edib və qərar vermək mövzusunda da çox sürətlidirlər.

  15. Dünyaca məşhur solaxaylar arasında Napoleon Bonapart, Leonardo da Vinçi, Mikelancelo, Albert Eynşteyn, İsaak Nyuton, Bill Qeyts, Opra Uinfri, Barak ObamaCimi Hendriks kimi şəxslər də yer alır.

Qeyd edək ki, 1996-cı ildən bəri hər il 13 avqust dünyada Solaxaylar Günü kimi qeyd olunur.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Solaxaylar haqqında bilmədiyimiz 15 məlumat!" A few seconds ago