Anketlərə və araşdırmalara baxsaq, Skandinav ölkələrində yaşayan insanların xoşbəxtlik faizi olduqca yüksəkdir. Pis hava şəraiti onların xoşbəxtliklərinə təsir eləmir.Bu xoşbəxtliyin arxasında iqtisadi rəfah səviyyəsi olsa da, başqa bir çox səbəb var.

İqtisadiyyatın yüksək olması Skandinav ölkələrində yaşayan insanların varlı olduğu mənasına gəlmir. Lüks maşınlarda dolu küçələr də görmək olar, işıltıdan uzaq sadə küçələr də. Çeşidin bol olmasına baxmayaraq, küçələrin nizamlı görünüşünə təsir eləmir bu. Gəlin Skandinav ölkələrinin xoşbəxt olmasının 4 səbəbinə baxaq.

1. Nizam və şəhər planlaması
Avropa ölkələrinin “Old Town” köhnə şəhər anlayışına rast gələ bilərsiniz. Bunu tarixi yarımada olaraq da düşünmək olar. Old Town-da küçələr dar, ucun və incə olur. Yollar labirint kimidir və insanlara yolları tanımağa məcbur edir. Giriş qadağan olan yollardan istifadə etmirlər.

Old Town tərzi şəhərlərdə isə xaotik yollar və tıxac problemi yaşanmır. Bu da şəhərlərdə stressin minimuma endirilməsinə şərait yaradır.

Norveç küçələri

2. Minimalist həyat

Minimalist həyat nizamın nəticəsi kimi görünə bilər, amma buradakı minimalizm bir az fərqlidir. Evlərin və istifadə edilən maşınlar kiçik və çox yer tutmayan tərzdədir. Danımarkada insanlar gündəlik həyatlarından “maşın” sözünü çıxarıblar artıq. Çox vaxt getmək istədikləri yerə velosipedlə gedirlər.

Danimarka
3. Ortaq dəyərlər və mədəniyyət
Tarixi tərəfdən baxsaq görərik ki, Skandinav torpaqları böyük imperatorluqların arzu etdiyi yerlər olmayıb heç vaxt. Amma bu vəziyyət onlara mənfi təsir etməyib. Əksinə insan həyatına və dəyərinə önəm verən, fərdiliyi qoruyan cəmiyyət halına gəliblər.

4. Yüksək şüur ilə yaşamaq və bilgiyə verilən dəyər
İnsanlar sevdikləri işləri görür və insanlarla olan əlaqələrə çox önəm verirlər. Məsələn bir universitet tələbəsinin könüllü olaraq gələn turistlərə şəhəri tanıda bilər. İxtisası ilə əlaqəsi olmasa belə qazandıqları təcrübələrə dəyər verməyi bacarırlar.

Sizə maraqlı gələ bilər: Həmişə gözəlliklərindən söz açılan Norveçin mənfi tərəfləri





Məqalədə yanlış söz aşkar etdiniz? Sözü seçib Ctrl+Enter düyməsini sıxaraq bizə bildirin

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry

Leave a Reply

avatar
  Subscribe  
Notify of