Amerikalı Psixoloq John BROADUS Watson, “Qorxu, insanda sonradan yaranan bir refleksdirmi yoxsa doğuşdan gələn bir refleksdirmi?” sualının cavabını axtarır. Davranış Psixologiyasının qurucusu olan Watson və assistenti Rosalie Rayner, işlədikləri “John Hopkins” xəstəxanasının bağçasında oynayan uşaqları uzaqdan araşdırmağa başlayırlar.


Lakin, ‘qorxu’ haqqındakı suallarının cavabları üçün qəti cavablar ala biləcəkləri təcrübələr aparmaları lazımdır. Bu səbəbdən təcrübə üçün icazə ala biləcəkləri bir ailə axtarırlar. Nəticə olaraq 8 aylıq sağlam bir körpə olan Albert ilə bir təcrübə aparmağa qərar verirlər. Tarixdəki ən əhəmiyyətli psixoloji təcrübələrdən biri olaraq qəbul edilən Little Albert Experiment‘a başlamadan əvvəl kiçik Albert’ə bir neçə duyğu testi edilir.



Balaca körpəyə sıra ilə ağ bir siçan, dovşan, yanan kağız parçaları, parik, maska ​​kimi ilk dəfə qarşılaşdığı əşyalar göstərilir. Məqsəd, Albertin bunlara qarşı reaksiyası olub olmadığını araşdırmaqdır. Nəticə olaraq Albert, gördüyü heç bir əşyadan qorxmur; hər şeyə gülümsəyir.


Bu testdən sonra Alberti boş bir otağa aparırlar. Otaqda Albertin üzərində oturduğu bez yataq xaricində heç bir əşya yox idi. Daha sonra Watson və assistenti Rayner otaqdan çıxır, yalnız qoyduqları Albertin yanına ağ laboratoriya siçanı salırlar. Albert, siçandan qorxmur, əksinə bir reaksiya göstərərək siçanı çox sevir, tutmağa çalışıb, gülməyə başlayır.



Artıq bir sonrakı mərhələyə keçməyə hazırdırlar. Albert, siçana hər toxunduğu zaman iki dəmir parçanı (biri çəkic, digəri polad çubuq) bir-birinə vuraraq narahat edici səslər yaratmağa başlayırlar. Səsi eşidən kiçik Albert ağlamağa başlayır. Otaq yenidən səssizləşdikdən sonra siçanla oynamağa davam edən Albert, yenə siçana toxunduğu ilk anda psixoloqların yaratdığı o gurultulu səsə məruz qalır. Ağlaması dayanıb, fikri təkrar siçana yönələn Albert, toxunmağa çalışdığı an həmişə eyni səsi eşitdiyi üçün siçana toxunmaqdan qorxmağa başlayır.


Bu təcrübə bir neçə gün davam edir və eyni şeylər təkrarlanır. Watson və Rayner təcrübəni irəli nöqtəyə daşıyıb dovşan və başqa tüklü heyvanlar da gətirirlər. Alınan nəticə: Albert, xüsusilə ağ rəngli, tüklü bir obyekt və yaxud heyvan görsə ondan qorxub, ağlamağa başlayır və qaçmaq istəyir.



Artıq Albert gördüyü pambıq, ağ dovşan və bənzər obyektlərin qarşısında dəmir çubuqlarla çıxarılan səs olmamasına rəğmən qorxmağa başlayır. Gəldikləri nəticə ilə kifayətlənməyən psixoloqlar, son olaraq ağ saqqallı və tüklü kostyumlar geyinərək otağa girirlər. Qarşısında get-gedə böyüyən tüklü obyektlər görən yazıq Albertin qorxusu artıq yaddaşına tamamilə həkk olunur.


1920-ci illərdə edilən bu təcrübə ilə elm adamları qorxununun sonradan yarandığını sübut edirlər, lakin təcrübə uğrunda 8 aylıq bir körpəyə edilənləri geri ala bilmədikləri, onu sağalda bilmədikləri üçün tənqid olunurlar. Hərçənd ki, Albertin psixoloji sağlamlığı üçün bir yaxşılaşdırma bacarsalar da, keçmişin dərin və qaranlıq izlərini necə siləbiləcəkləri naməlum idi.



Kiçik Albert’a təcrübədən sonra nə olduğuyla əlaqədar bir çox rəvayət var. Yazar Tom Bartlett’a görə, kiçik Albertin anası Arvilla MERRITT həmin xəstəxanada süd analıq edirdi. O dövrə görə, ictimai statusu xəstəxananın digər işçilərinə görə daha aşağı idi. Maddi imkansızlıqdan körpəsinin təcrübədə istifadə təklifini geri çevirə bilmir. Finding Little Albert kitabına görə isə, anasının kiçik Albertin üzərində aparılan təcrübələrdən xəbəri yox idi. Təcrübələrin fərqinə vardığında körpəsini alıb, ortadan itmişdir.


American Psychological Association məlumatlarına görə isə kiçik Albertin əsl adı Douglas MERRITT idi. Qeydlərə görə, Douglas 6 yaşında hidrosefali’dən (Beyində su toplanması) həyatını itirdi. Belə bir təcrübəyə məruz qalan bir körpənin, həyatı boyunca qarşılaşacağı mənfiliklərə əhəmiyyət verilməməsi hələ bunun humanist psixoloqlar tərəfindən aparılması müzakirə edilən bir mövzu olaraq hələdə gündəmdədir. Hətta daha uzun müddət davam edəcək kimi də görünür…