İxtiraçı deyildiyi zaman ağlınıza kişilər gəldi, deyilmi? Halbuki bu gün istifadə etdiyimiz bir çox avandanlıqlar qadınlar tərəfindən ixtira edilmişdir.

Təxmin edildiyi kimi soyuducu və qabyuyanın ixtiraçısı qadındır.

Josephine Cochrane qabyuyan maşını otel və restoranlar üçün icad etmişdi. Florence Parpart isə gündəlik istifadə etdiyimiz müasir soyuducunun ixtiraçısıdır.



İlk kompüter alqoritmi və kabelsiz interneti də qadın ixtira etmişdir.

Məşhur riyaziyyatçı Ada Lovelace kompüterin əsası hesab olunan Babbage cihazı üçün alqoritm yaratmışdır. Hedy Lamarr indi həyati əhəmiyyətli hesab etdiyimiz (bir az mübaliğə) WiFi sistemini icad etmişdir.


Evlərin rahat isinməsi üçün qaz sistemi də qadın ağlının məhsuludur.

Marie Van Brittan Brown evlərin, binaların təhlükəsiz və asan isinməsini təmin edən sistemi ixtira edərək həyatımızı dəyişənlərdən biri oldu.


Uşaq bezini də qadın düşündü təbii ki.

Bezmiş bir ana olan Marion Donovan hamam pərdəsindən uşaq bezini düzəltdi. Zaman keçdikcə bezlər inkişaf etdirilərək indiki hala gəldi.


Günəş enerjisi paneli də qadın icadıdır. 

Fizik Maria Telkes (şəkildə solda), 1947-ci ildə günəş enerji panelləri ilə isinən ev inşa etmişdir. Bu da günəş enerjisindən istifadəni artırdı.


Avtomobil şüşə siləni də qadın tərəfindən ixtira olunub.

1900-cu illərdə sürücülər qarlı, yağışlı havalarda tez-tez dayanıb maşınlarının şüşələrini silməli olurdular. Mary Anderson problemə möhtəşəm bir həll taparaq şüşə siləni ixtira edir. 1903-cü ildə avtomobillərin kütləvi şəkildə satışı, bu ixtiranın məşhurlaşmasına zəmin yaradır. Bəzi insanlar ixtiranın sürücülərin fikrini yayındırdığını söyləsə də, Mary icadının patentini almağı bacarıb.



Maşında qızdırıcını açanda bir qadına təşəkkür etməliyik.

Gücünü motordan alan avtomobil qızdırıcısını şəkildə gördüyünüz qadın, Margaret Wilcox icad edib.


Damardan qan vermək, damara dərman vurmaq üçün istifadə edilən şpris də qadın tərəfindən icad edilib.

Letitia Geer müasir tibbdə ən mühüm alət olan şprisi ixtira edən qadındır.


Yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunun ixtiraçısı azərbaycanlı qadındır.

2017-ci ildə 15 yaşlı Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə ixtirası ilə qatılıb və böyük uğura imza atıb. Dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək mümkündür. Bu problemi həll etmək üçün Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə bu layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.

Dünyamızı gözəlləşdirən və işlərimizi asanlaşdıran qadınlara təşəkkürlər! 🙂