Hansı sosial şəbəkə yaranır yaransın, Facebook öz aktuallığını itirmir. Hələ ki, onu əvəz edə biləcək platforma yoxdur. İnformasiya bolluğu, paylaşım rahatlığı baxımından Facebook sosial şəbəkələr arasında birincidir. Bu postu hazırlamaqda əsas məqsəd sizi faydalı və öyrədici səhifələrlə tanış etməkdir. 🙂

Film Replikaları — Hər bir filmsevərin axtardığı səhifə! Filmlər, seriallar haqqında ən maraqlı paylaşımları, yenilikləri “Film Replikaları”ndan izləyə bilərsiniz. Səhifə adına klik etməklə postlara nəzər salın.

Albert Eynişeydi — 2014-cü ildən fəaliyyət göstərən bu səhifənin məzmunu maarifləndirici və faydalıdır. Ölkə gündəmini və maraqlı faktları oxumaq üçün izləməyiniz tövsiyə olunur. Ada klik edərək paylaşımlara baxa bilərsiniz.

Yalan-Doğru Təftiş — Sosial şəbəkələrdə paylaşılan postların doğru yoxsa yalan olduğunu bilmək istəyirsinizsə, bu səhifə sizin üçündür. İnformasiya axınının çox olduğu bir zamanda səhifə idarəçiləri fərqlənmək üçün yalan xəbərlərlə diqqət cəlb etməyə çalışırlar. Sizə təqdim etdiyimiz səhifə onları sorğulayır və paylaşım haqqında detallı məlumatı olduğu kimi çatdırır.

Webspace — Texnologiya və elm haqqında yenilikləri və maraqlı paylaşımları bu səhifədən oxuya bilərsiniz. Webspace təsdiqlənmiş uğurlu StartUp layihələrindəndir. Səhifənin adına klik edərək facebookda izləyin.

Köhnə Azərbaycan / Старый Азербайджан — Azərbaycanın arxiv fotolarını təqdim edən, nostalji yaşadan bir səhifə. Ada klik edərək səhifəyə keçid edə bilərsiniz.

Lyokin Photography — Bu səhifədə isə ölkəmizin əsrarəngiz təbiətinin fotolarını görəcəksiniz. Biri-birindən gözəl olan şəkillər sizi də valeh edəcək.

Astronomy Club — 2015-ci ildə yaradılmış olan “Astronomy Club” səhifəsindən astronomiya haqqında maraqlı faktlar və bu sahədə baş verən yeniliklər haqqında xəbər tuta bilərsiniz. Kosmos barəsində öz dilimizdə geniş məlumat əldə etmək istəyirsinizsə bu səhifəni izləməlisiniz.

Bele bele ishler — Tarixi şəxsiyyətlər və hadisələr haqqında detallı faktları öyrənə biləcəyiniz ən yaxşı səhifələrdəndir. Bu səhifəni digərlərindən fərqləndirən əsas xüsusiyyət kontentin videoçarxlardan ibarət olmasıdır. Ən səbrsiz insan belə bu videolara sona qədər baxa bilər.

Bildirchin Posts — “Bildirchin”siz siyahı tamamlana bilməzdi. Səhifəmizi izləyərkən həm əylənib, həm də öyrənəcəksiniz. 🙂