http://imageshack.com/a/img673/612/UxTMRe.jpg

Miniatür kəşfiyyatçı-robot. Bu robotun ölçüsü 15 sm-dir. Əsasən, hərbdə istifadə etmək üçün yaradılıb.


http://imageshack.com/a/img537/9108/gaipwC.jpg

Dəri üçün hüceyrəvi sprey. Avstraliyadan olan alimlər və plastik cərrahlar dərisi ağır yanıq zərərinə məruz qalmış insanlar üçün dərinin bərpa edilməsi məqsədi ilə yeni texnologiya hazırlayıblar. Sprey dərinin zərərçəkmiş hissələrinə vurulur  və zədələnmiş nahiyyənin 75%-ni bərpa edir. Sprey artıq ABŞ-ın hərbi hissələrində istifadə olunur.


http://imageshack.com/a/img537/3210/zLrJqO.jpg

Həbin içinə yerləşdirilmiş kamera. Bir çoxları kolonoskopiya proseduru ilə tanışdılar və bu onlarda xoş xatirələrlə yadda qalmayıb. Tibbdə diaqnostikanın inkişaf etdirilməsi naminə yaradılmış üsul “Given İmaging” şirkətinə məxsus yenilikdir. Bu texnologiyanı 1,5 mln. pasient öz üzərində sınayıb və müsbət nəticələrin əldə edilməsinə nail olub, lakin bu kameralı həblər hələki bütün ölkələrdə mövcud deyil.


http://imageshack.com/a/img540/2183/EkmdSQ.jpg

    Düşüncənin gücü ilə idarə olunan əlil arabası. Düşüncə ilə idarə olunan qol bir işdirsə, düşüncə ilə idarə olunan əlil arabası 10 işdir. Düzdür, bu inanılmaz görsənə bilər, lakin tezliklə bu arabalar istifadəyə veriləcəkdir. Bu arabanın əsas özəlliyi ondan ibarətdir ki, araba “sağa”, “sola”, “daha sürətli” və s. kimi komandaları “pult”suz, yəni sadəcə sözlə yerinə yetirə bilir.


http://imageshack.com/a/img673/6578/tM1IGH.jpg

    3D formatında printer. 3D printerin köməyi ilə müxtəlif xarakterli əşyalar hazırlamaq olar: kimyəvi və rezin məhsullardan tutmuş metal əşyalara kimi.


http://imageshack.com/a/img909/8245/94fNOu.jpg

    Laborator şəraitdə yaradılmış ət. Bu xəbər ən çox vegeterianları sevindirir, çünki onlar artıq heyvan mənşəli olmayan ətlə qidalana biləcəklər. Bu texnologiya ilk dəfə 2013-cü ildə Hollandiyada tətbiq olunub və hələki çox baha olması kimi maneələr laborator ətin bazara çıxarılmamasına əsas səbəbdir.


http://imageshack.com/a/img907/3623/LkF0Qi.jpg

Yaponiyada hazırlanmış diş qapaqları. Bu diş qapaqları dişləri kariesdən qoruyur və dişləri ağardaraq, həm də estetik təsir bağışlayır.


http://imageshack.com/a/img661/6726/LmYsg9.jpg

    İnsan hüceyrələrinə malik siçanlar. Elm adamları indiyədək kök hüceyrələrin alınması və ümumiyyətlə elmin bu sahəsinin inkişaf etdirilməsi üzrə gərgin çalışırlar. Beləki, kök hüceyrələr vasitəsi ilə bir çox xəstəliklər müalicə olunur. Alimlərin siçanlar üzərində apardığı təcrübə belə bir uğura gətirib: insanın kök hüceyrələri siçanların beyninə köçürüldükdən sonra heyvanların beynində bir neçə əlavə funksional bölmələr inkişaf etmişdir. 


http://imageshack.com/a/img661/2343/piuCtj.jpg

    Düşüncə ilə idarə olunan protez. Baxmayaraq ki, sahə yenidir və elə də böyük uğurlara nail olmayıb, bu sahənin inkişaf etdirilməsi üzərində daimi elmi araşdırmalar, təcrübələr aparılır. Nəzərdə tutulmuş “DEKA arm” protezi xüsusi sensorlar hesabına protezə impulslar göndərir. Bununla da protez çətin hərəkətləri də yerinə yetirə bilir.


http://imageshack.com/a/img540/2840/EbFgrp.jpg

    Bionik göz. Alimlər illərdir ki, bionik göz texnologiyasının yaradılması üzərində işləyirlər. Avstraliyada bu bahalı texnologiya daha çox inkişaf edib və avstraliyalı alimlər artıq bionik gözün bir neçə nümunəsin hazırlayıblar. Düzdür, bu gözlər görmə qabiliyyətini 100%-lik nəticə etibarı ilə qaytarmır, amma tibbin uğuru sayılır.


http://imageshack.com/a/img540/1863/KtHqBC.jpg

    Robot-anestezioloq. Hər kəsə məlumdur ki, əməliyyat zamanı anestezioloqun işi çox gərgindir. Beləki, anestezioloqlar hər dəqiqə xəstənin vəziyyətinə diqqət və nəzarət edirlər. Bu funksiyaları artıq robotlar yerinə yetirir və onların tibbdə istifadəsinə başlanılmışdır.