Facebookda bəzən qəsdən, bəzən isə səhvən bizə gələn mesajları silirik. Bu mesajlar əhəmiyyətli məlumatlar ehtiva etdiyi zaman, ya da bir anlıq reflekslə bu mesajları sildiyimizə peşman olduğumuz zamanlar mesajlarımızı geri qaytarmaq istəyirik. Amma “Sil” düyməsinə basdığımız zaman hamısı “puff” deyə uçub gedir. Bizə də içimizə çökən o peşmanlıqla yaşamaq qalır. 🙂


Lakin vəziyyət tam olaraq belə deyil, çünki Facebook mesajları silindiyi zaman sonsuz qara dəlikdə itmir. Sildiyiniz ancaq geri qaytarmaq istədiyiniz mesajlara bir neçə addımla yenidən qovuşa bilərsiniz. Eyni şəkildə Facebookda paylaşdığınız foto, video və ya statuslar kimi digər bütün paylaşımları da geri qaytarmaq mümkündür.

Addım-addım silinən Facebook mesajlarını və paylaşımlarını yenidən qaytarmağın yolu..



Facebook hesabınıza daxil olduqdan sonra səhifənin üst hissəsindən Tənzimləmələri açın.



Qarşınıza çıxan Başlıca Hesab Quraşdırmaları səhifəsinin altında “Facebook bilgilərinin üz köçürməsini endir..” xəbərdarlığını görəcəksiniz.



Həmin linkə tıkladıqdan sonra yönləndirildiyiniz səhifədə “Start My Archive” düyməsinə basdığınız zaman yalnız Facebook üzərində olduğunuz zaman ərzində sizə gələn bütün mesajları deyil, Facebookun sizin haqqınızda yığdığı bütün məlumatlarınızın yüklənməsi yolunda ilk addımı atmış olacaqsınız.



“Start My Archive” düyməsinə tıkladıqdan sonra sizdən təhlükəsizliyiniz üçün yenidən şifrənizin daxil edilməsi istəniləcəkdir.



Daha sonra qarşınıza çıxacaq Yükləmə Tələbi qutucuğunda isə bu yüklənmə prosesinin bir az uzun davam edə biləcəyinə dair bir xəbərdarlıq görəcəksiniz. Bu müddət Facebook üzvlüyünüzün keçmişinə görə uzanıb qısala bilir, ancaq bir neçə dəqiqə sonra e-poçtunuza Facebookdan bir mesaj gələcəkdir.



E-poçtunuzu yoxlayın və son addımı atın. Facebook’a məlumatlarınızı yenidən yükləmək üçün müraciət etdiyiniz zaman hesabınızla bağlı e-poçt göndəriləcəkdir. Facebook burada yenə təhlükəsizliyiniz üçün tələbiniz haqqında məlumat verərkən mövzu ilə bağlı digər bir e-poçtu daha sonra göndərəcəyini ifadə edəcəkdir. Həmin gün ərzində göndərilən yeni bir e-poçt ilə arxivinizin hazır olduğuna dair məlumat alacaqsınız. Bu mərhələdən sonra e-poçtun içində olanArxivimi Yükləlinkinə tıklayaraq son və ən əhəmiyyətli addımı atmış olacaqsınız.


Yükləmə bitidiyi zaman bütün Facebook arxiviniz kompüterinizdəki yerini alacaqdır. Zip faylı olaraq gələn bu fayldan “Mesajlar” hissəsinə daxil olaraq, kədərlənərək sildiyiniz bütün mesajlarınıza qovuşa biləcəksiniz. Göründüyü kimi Facebookda heç bir şey itmir, yalnız saxlanır. 🙂