Fight Club əfsanəsinə həyat verən insan: Chuck Palahniuk

0
91

Fight Club gənclər tərəfindən ən çox izlənilən filmlərdən biridir. Çox izlənilən bu filmi sevənlərlə yanaşı tənqid edənlər də çoxdur. Kimisi anarxiya ideologiyasını təsvir etdiyi üçün, kimisi Subliminal mesajların bol olduğunu düşündüyü üçün, kimisi də qəhrəmanları üçün izləməmişdir. Bəs bu filmin əvvəli necədir, bu fikir haradan çıxmışdır?.. Məhz burada Fight Club kitabının müəllifi Chuck Palahniuk dövrəyə girir.



1962-ci ilin 21 fevralında Washington əyalətinin Pasco şəhərində Fred və Carol cütlüyünün ilk uşağı olaraq dünyaya gəlmiş Chuck Palahniuk əslində bir çoxumuzun adını eşitdiyi filmlərdən olan Fight Club əfsanəsinin müəllifidir.



1986-cı ildə Oregon Universitetinin Jurnalistika fakultəsini bitirdikdən sonra yerli bir qəzetdə işə başlamış lakin buradakı macərası çox uzun davam etməmiş və bir müddət sonra bir yük maşını şirkətində işə başlamışdır.1990-ci ildə ilk hekayəsi ” Negative reinforcement”i nəşr etdirdikdən sonra ilk romanı Görünməz Canavarlar’ ı nəşriyyatlara təqdim etmiş lakin nəşriyyatlar tərəfindən rədd edilmişdir. Bunun ardından da Fight Clubu yazmışdır.



Kitablarına baxıldığı zaman adətən xaos mövzusu görünsə də tərkibində varoluşsal problemlər, şəxsiyyət böhranları, ictimai zədələr kimi pesimistik mövzuları da sərt bir dillə işlədiyi görünür.



Fight Club’dan sonra 2008-ci ildə “Choke” adlı kitabından ssenarisi götürülən film, Fight Club kimi əks-səda yaratmamışdır.



Son olaraq 2015-ci ildə təkrar gündəmə gələn Chuck Palahniuk, “Fight Club 2” adlı bir cizgi roman nəşr edib pərəstişkarlarının və izləyicilərinin ağıllarına görəsən bu cizgi romanın da filmi də gəlirmi deyə düşüncə toxumlarını yerləşdirmişdir.



O qədər Fight Club və Chuck’dan bəhs etdikdən sonra yazımızı Fight Clup’dan gətirilən statla bitirməsək olmazdı:
I found freedom. Losing all hope was freedom. (Məhz bu azadlıq demək idi. Bütün ümidlərinizi itirmək azadlıq demək idi.)

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

PAYLAŞ
Previous articleBarmaq izimiz haqqımızda nə deyir?
Next articleDünyanın ən bahalı 5 telefonu
Oxuduqca yazır, musiqini sevir və şüşə qapaqları, kitab əlfəcinləri kimi bir çox qəribə şey toplayır. Amma topladığı ən dəyərli şey insanlar və onların hekayələridir. Arabir ssenari və hekayə yazıb, yazdıqlarını isə bəyənməyib, heç kimin oxuya bilməyəcəyi yerlərə gizlətmək kimi xasiyyəti də var.