Barselona — İspaniyanın şimal-şərqində yerləşən liman şəhəridir. Eyni zamanda Kataloniya əyalətinin paytaxtı hesab olunur.

Orta əsrlərdə şəhər “Barchinona”, “Barçalona”, “Barchelona” və “Barchenona” adları ilə tanınmışdır.

Şəhər Aralıq dənizi ərazisində yerləşən ən iri nəqliyyat qovşağıdır. Burada saysız-hesabsız muzeylər, teatrlar, müxtəlif əyləncə mərkəzləri, bahalı mağaza və restoranlar var. Barselonanın iki min illik tarixi, özünəməxsus mədəniyyəti və Kataloniya dili var.

Barselona modernizmin paytaxtıdır. YUNESKO-nun qərarı ilə memarlıq şedevrləri hesab olunan şəhərin beş binası bəşəriyyətin sərvəti sayılır: Quel sarayı, Quel parkı, Kaza Mila (Pedrera) binası, Kataloniya Musiqi sarayı, Santa Kreu və San Pau xəstəxanası. Şəhərə gələnlər Antonio Qaudinin yaradıcılıq fantaziyasının məhsulu olan binaları görəndə özlərini nağıllar aləmində hiss edirlər. Bütün bunları görüb, zövq almaq üçün turistlərə Barselonanı piyada gəzmək tövsiyə olunur.

Biz isə sizə şəhərin görməli yerləri haqqında qısaca məlumatları çatdıracağıq. 🙂

QUEL SARAYI — Bu möhtəşəm tikili Nou de la Rambla küçəsində yerləşir. Qaudinin ilk şedevrlərindən olan bu saray qraf Eusebio Quelin sifarişi ilə 1886-88-ci illərdə inşa edilib. Sarayın inşasında sütun və arkalar, günbəzlər qurulub. Hazırda dövlət mülkiyyəti sayılan bu saray hər zaman yerli və xarici turistlər üçün açıq olur.


QUEL PARKI — İlk öncə məkanın  yaşayış üçün ingilis üslubunda tikiləcək şəhər-bağ olması nəzərdə tutulurdu. Lakin bu ideya uğurlu olmadı. Buna baxmayaraq, nümunə üçün ərazidə bir neçə ev tikilib. Qaudi özü bu binaların birində yaşayırdı. İndi adıçəkilən tikili memarın ev-muzeyi kimi fəaliyyət göstərir və şəhər bələdiyyəsinin nəzdindədir.


MÜQƏDDƏS AİLƏ KİLSƏSİ (Saqrada Familia) — Kilsə dünyada unikal tikili hesab edilir. Qaudi həyatının 40 ilini, 1883-cü ildən başlayaraq ömrünün sonuna qədər olan zamanı kilsənin tikintisinə həsr edib. Tikinti indiyə kimi davam etsə də, artıq kilsə şəhərin parlaq simvoluna çevrilib. Memar özü bu haqda bildirmişdi: “Barselonanı bu kilsə ilə tanıyacaqlar”.


KATALONİYA MUSİQİ SARAYI — Domenik və Muntanerin zəkasının canlı abidəsi olan Kataloniya Musiqi sarayı modernizmin xəzinəsi sayılır. Sarayda il ərzində 300-ə qədər simfonik janrdan pop janrına qədər müxtəlif musiqi konsertləri baş tutr. Sarayda janrından asılı olmayaraq, rəngarəng musiqi və digər ədəbi bədii tədbirlər keçirilir.


SANTA MARIA DE PEDRALBES — Monastr sanki zamanın dayandığı bir vahədə, canlılardan uzaq bir məkanda qotik üslubda tikilmişdir. Bu yer füsunkarlığı və qeyri-adi gözəlliyi ilə ziyarətçilərin ürəyini oxşayır.


Xoş səyahətlər! 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂