Dostoyevski, Mixail və Maria Dostoyevskinin oğlu olaraq 11 noyabr 1821-ci ildə Moskvada anadan olur. Altı uşaqlı ailənin ikinci uşağı idi. Atası Mixail, hərbi cərrahlıqdan təqaüdə çıxdıqdan sonra Mariinsky Xəstəxanasında yoxsullara xidmət etməyə başladı. Xəstəxana, Moskvanın ən pis yerlərindən birində yerləşirdi. Dostoyevski də bu xəstəxana da doğuldu.

Dostoyevskinin anası Maria isə bir tacir qızı idi.  Mixail Andreyeviç Dostoyevski olduqca sərt bir adam idi. Ən böyük məşğuliyyəti içki idi və ailəsini möhkəm bir intizam altında idarə edirdi. Böyük qız olduqları halda qızlarının tək başlarına küçəyə çıxmasına icazə verməzdi. Dörd oğluna isə bir başçavuş kimi davranırdı. Çox tez əsəbiləşir, uşaqları isə qaçacaq yer axtarırdılar. Mixailin başqa bir xüsusiyyəti də xəsisliyi idi. Vəziyyətinin yaxşı olmasına baxmayaraq, uşaqları 16-17 yaşına gələnə qədər onlara cibxərcliyi belə verməmişdir. Anası Maria Dostoyevski və uşaqlar, yaz aylarını Tulada keçirirdilər. Burada Fyodor atasına xidmət edən kəndlilərlə tanış olur və onlara bağlanır. Bu təcrübə, uşağın gələcəkdəki həyatı üzərində çox dərin təsir yaradacaqdı. Dostoyevski, uşaqlığını çox vaxt sərxoş bir ata və xəstə bir ana ilə keçirirdi.

Atasının işlədiyi xəstəxanadan olan xəstələr ilə vaxt keçirməyi və onların hekayələrini dinləməyi çox sevən Dostoyevski, ilk təhsilini Moskvada alır. Anası vərəm xəstəliyi ucbatından öldüyü zaman, sərt intizamıyla tanınan Peterburq Mühəndis Məktəbinə göndərilir. Yoldaşlarının, əsəbi və həddindən artıq həssas bir quruluşa sahib olduğu üçün “Alovlu Fedya” ləqəbini verdikləri Dostoyevski, Peterburqda zamanını kitab oxuyaraq, düşüncələrə dalaraq, ya da qardaşı Mixail ilə söhbətləşərək keçirirdi. Atasının 1839-dakı ani ölümünü burada öyrənir. Arvadının ölümündən sonra özünü tamamilə içkiyə yönəldən Mixail Dostoyevski isə artıq çalışa bilməz hala gəlir və torpağına çəkilir. Burada kəndlilərə və kölələrinə o qədər pis davranırdı ki, ən sonunda özünü öldürmələrinə gətirib çıxardı.

Atasının ölümünü Peterburqda xəbər alan Dostoyevski, onun ölümünü istədiyi düşüncəsi səbəbiylə depressiyaya girir. Peterburq Mühəndis Məktəbindəki təhsilini müvəffəqiyyətlə bitirərək, kiçik leytenant rütbəsiylə Peterburqdakı İstehkam Müdirliyində vəzifəyə verilir. Özü üçün heç bir mənası olmayan bir həyata başlamışdı. Bohem ətraflara dadandı, maaşına və torpaqdakı payından götürdüyü illik 5.000 rublluq gəlirə baxmayaraq davamlı çətinlik içində idi. Bilyarda maraq salmışdı və həmişə uduzurdu. Həyatı boyunca avara həyatı səbəbiylə, son illərində kitablarından təmin etdiyi gəlirin xaricində həmişə yoxsulluq içində yaşayırdı. Bu qəribə davranışlarına qarşılıq, həyatını başdan başa dəyişdirəcək hadisə yaxınlaşırdı. Ədəbiyyatla maraqlanmağa başlamışdı və işə Balzakın Eugenie Grandetsini ruscaya çevirməklə başladı. Ordudakı həyatdan da artıq sıxılmışdı. Böyük qardaşına 1843-cü ildə yazdığı məktubda, “Əsgərliyə kartofa nifrət etdiyim qədər nifrət edirəm” deyə yazmışdı. Ertəsi il də daha çox dözə bilməyərək istefa verdi. Qərarını qardaşına məktubla xəbər verərkən belə deyirdi: “Heç peşman deyiləm. Bir ümidim var. Romanımı bitirmək üzrəyəm. Orijinal bir əsər olacaq”.

Ordudan ayrıldıqdan sonra roman yazmağa başladı. Dostoyevskinin ilk kitabı olan “Bədbəxt insanlar” ilk olaraq 1846-cı ildə nümayiş olunur.

Dostoyevski, romanını “Oteşestvenya Zapiski” adlı məşhur bir ədəbiyyat jurnalında yayınlatmayı ümid etmişdi, lakin aradan bir il keçdiyi halda jurnal, romanında əhəmiyyətli dəyişikliklər etmədikcə, əsərini nəşr etməyi rədd etməyə davam edirdi. O da istənən dəyişiklikləri etmək yerinə, əsərini öz nəşr etməyi qərarlaşdırdı və qazanacağı pulla borclarını bağlaya biləcəyi ümidiylə 1846-cı ildə Bədbəxt insanlar’ı nəşr etdi. Kitabı oxuduqdan sonra zamanın usta tənqidçilərindən biri, ona bu məktubu göndərmişdi: “Siz problemin ruhunun ən dərinlərinə getmiş və bir neçə xəttdə böyük bir gerçəyi ortaya qoymusunuz. Sizdən xahiş edirəm, qabiliyyətinizi qiymətləndirin və ona qarşı həmişə dürüst olun. Beləcə böyük bir yazar ola bilərsiniz.” Dostoyevski, cəmiyyətini mərhəmətsiz qaydalarında yaşlı bir adamın yetim bir qıza bəslədiyi sevgini iç dünyasındakı dərin qarşıdurmalarla işləyir. Xalqın rəğbətiylə qarşılanan bu kitab, tənqidçilərdən də təriflər görür. Məşhur tənqidçi Belinski, romanı oxuduqdan sonra Dostoyevskiyə gələcəkdə böyük bir yazar olacağına dair tərif dolu sözlər söyləyir. Şair Nikolay Neksarov, Dostoyevski haqqında “Yeni bir Qoqol doğuldu” deyə danışırdı.


Dostoyevski bir gün içində şöhrətinin zirvəyə çatdığını gördü. Böyük qardaşına, “Hər şey sanki bir möcüzə kimi oldu,” deyirdi, lakin şöhrətə qovuşduqdan sonra yaxşıca həyasızlaşaraq özünə heyran olan insanlara sərt şəkildə davranan Dostoyevskinin bu hərəkəti, kasıb təbəqədən gəldiyi üçün lağ edilməsinə və gözdən düşməsinə səbəb oldu. “Bədbəxt insanlar”ın sürətli gələn müvəffəqiyyətindən sonra durğun və müvəffəqiyyətsiz bir dövr keçirdi. Yazıçılıqdan ümidini üzən Dostoyevski, siyasətlə maraqlanmağa başlayır və gənc liberalların (Tetrashevski) qrupuna girir.

23 aprel 1849-cu ildə Çarlıq polisi tərəfindən yatağında həbs olunan Dostoyevski, qrupun digər iyirmi üzvüylə birlikdə 22 dekabrda gülləyə düzülmək üzrə Semyonevski sahəsinə aparıldı. 1863-cü il Dostoyevski güllələnəcəyi zaman ölüm cəzasının həbs cəzasına çevrilməsiylə OMSK-aya göndərildi. Dostoyevski, dörd il boyunca çəkdiyi ağrıları, 1861-ci ildə nəşr olunan “Ölülər evindən qeydlər”də izah etmişdir. Sürgündə keçirdiyi dörd ildən sonra 1854-cü ildə kürək cəzasından xilas olaraq ər rütbəsi ilə hərbi xidmətə təyin olunur. Semipalatinskdə zəruri iqamətə məhkum edilir. Burada olan Alayın Yeddinci Xətt Batalyonunda beş il vəzifə yerinə yetirir və zabitliyə qədər yüksəlir. 1857-ci ilin fevral ayında, vərəmli və dul Maria Dmitrievna Isayeva ilə, zabit ərinin ölümündən sonra evlənir.

Arvadının və uşağının xərclərini qarşılaya bilmək üçün, ədəbiyyatdan qazandıqlarını artırmaq həvəsiylə qumara başlayır. Rulet oynayırdı. Şansı yaxşı olan yazıçı bir gecədə 10.000 frank qazandı və ertəsi gecə 3000 frank daha əlavə etdi, amma bir gecə sonra 5.000 xaricində qazandıqlarının hamısını itirdi. 1864-ci ildə arvadını, böyük qardaşı Mixaili, dostu və həmkarı Apollon Grigoriyevi itirdi. 1862 və 1863 illəri arasında Avropaya birlikdə getdiyi yoldaşı Pauline Suslovla evlənərək, ilk bədbəxt evliliyini unutmağa çalışırdı, ancaq Pauline, verdiyi sözdən daşındı.

Bu sırada Dostoyevski “Cinayət və cəza” üzərində çox möhkəm bir şəkildə işləyirdi və fikrini dağıtmamaq üçün Wiesbadenə getmişdir. Pauline də bunu bəhanə edib aralarındakı əlaqəni kəsdi. Dostoyevskinin Wiesbadendə olduğu vaxt gizlindən qeydləri nəşr olunurdu. Yeni bir dahilik ortaya çıxırdı və bu tənqidçilərin ciddi şəkildə maraqlarını cəlb etməyə başlamışdı. Bu zaman böyük qardaşı Mixailin arxasında buraxdığı borcları da boynuna götürən Dostoyevski, yenə maliyyə problemləri yaşayırdı. Cinayət və cəza 1866-cı ildə hissələr halında nəşr olundu. Bu səbəblə borclarından xilas ola bilər, maddi istiqamətdən bolluğa qovuşa bilərdi, lakin bunun yerinə daha da pis vəziyyətə düşdü. Kitabı müxtəlif reaksiyalarla qarşılaşdı.

Dövrünün çox irəlisində yazan yazıçı heç cür tam olaraq başa düşülmürdü. Dostoyevski əsərini ilk dəfə yazarkən qardaşı Mixailə göndərdiyi bir məktubda kitab haqqında: “Mövzusu həqiqətən çox gözəldir. Qəhrəmana gəlincə, bu günə qədər heç sınanmamış bir adamdır. Amma bu günün Rusiyasına baxacaq olsaq, belə bir adam qarşımıza tez-tez çıxmaqdadır. Xalqın başındakı yeni fikirləri anlayaraq bu nəticəyə gəldim. Elə hiss edirəm ki, yeni fikirlər və mövzularla döndüyüm zaman, romanımı genişlətməkdə müvəffəqiyyətli olacağam. Adam tələsiyə gəlməməlidir dostum. Və insan yaxşı olanın xaricində heç bir şey etməməlidir” deyə yazdı.

Dostoyevski, bu əsərində bir Rus ziyalısı olan Raskolnikovun öz doğrusu adına işlədiyi cinayətləri və vicdanıyla hesablaşmasını qələmə aldı. Yazıçı, kiçik bir otel otağında və pis bir vəziyyətlə yazdığı Cinayət və cəza’nı 1866-cı ildə tamamlamışdı.

25 yanvar 1881-ci ildə ciyər qanamasıyla yenidən yatağa düşdü. Gecə gələn böhrandan sonra artıq çox zamanı qalmadığı aydın olmuşdu. Xəstə yatağında arvadından ona “Pozğunluqdan dönən oğul”dan parçalar oxumasını istəyir. Bir keşiş də başında dua oxuyurdu. Son nəfəsini verənə qədər ağlı başında qaldı və 28 yanvar axşam saat 8:30-da əbədiyyətə qovuşdu. Ölümündən sonra kitabları böyük təzyiqlə nəşr olunan böyük yazar, yalnız Rus ədəbiyyatında deyil dünya ədəbiyyatının inkişafında da böyük rol oynayan əsərlər yaratdı. Dostoyevski üçün 31 yanvar 1881-ci ildə təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasında getmişdi.

“Yüksək və sərt bir qayalıqda, ancaq iki ayağımın sığa biləcəyi, dar bir çıxıntıda, dörd bir tərəfim uçurumlar, okeanlar, sonsuz bir gecə, sonsuz bir yalnızlıq və heç bitməyəcək bir fırtınayla əhatələnmiş bir vəziyyətdə yaşamaq məcburiyyətində olsam və bütün ömrüm boyu, min il boyunca, hətta sonsuza qədər o bir qarış torpaqda dayanmaq məcburiyyətində olsam da o şəkildə yaşamaq, bu anda yarım saat sonra ölü olmaqdan çox daha yaxşıdır. Yetərki yaşasın, sırf yaşasın! Necə olursa olsun, amma yetər ki yaşasın!”