Gələcəyimiz dediyimiz uşaqları kifayət qədər müdafiə edə bilirikmi?

733

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bəs gözümüzün nuru, gələcəyimiz dediyimiz uşaqlarımıza kifayət qədər sahib çıxıb müdafiə edə bilirikmi?

Bəhs etdiyimiz şey dünyaya gəlməsinə vəsilə olduğunuz uşağınızı yaxşı bəsləyib, yaxşı məktəblərdə oxutmaq deyil. Bəhs etdiyimiz şey küçədəki bir uşağı nə qədər müdafiə etdiyinizdir. Biri o uşağa haqsızlıq etdiyi zaman o uşağı nə qədər qoruduğunuzdur. Ya da ən sadəsindən yediyiniz şokoladdan bir parça o uşağa verib-vermədiyinizdir. Bəli uşaqlar bizim gələcəyimizdir, amma yalnız öz uşaqlarımız deyil, bütün uşaqlar.

Doğrudur, heç birimiz super qəhrəmanlar deyilik və bütün uşaqları qucaqlayıb onları pisliklərdən qoruya bilmərik, amma bəzilərinin həyatında kiçik və işıltılı bir iz buraxa bilərik. İllər sonra ürəkləri pisliyə və yaxud hirsə meyl etdiyi zaman, bəlkə ağıllarına biz gələrik…



Birdə valideynləri olan uşaqlar var. Anaları, ataları yanlarında olan amma onları istismardan qorunmayan uşaqlar… Bizim hələ körpə ikən, yetkinlik yaşına çatmadan ər evinə gedən kiçik gəlinlərimiz var. Təhsildən yayınıb işləyən balaca işçilərimiz var. Yalın ayaq dilənən yüzlərlə uşaq dilənçimiz var. Cinsi istismara məruz qalan körpələrimiz var…



Bu çirkin həqiqətlər mövzusunda, biz böyüklərə çox böyük vəzifə düşür. Buna görə, uşaqlarımızı qorumağa əvvəl özümüzdən başlamalı və uşaq istismarının hər şəklinə qarşı durmalıyıq.


Çünki yaşının kiçik olması, onun bir şəxsiyyəti olmadığı mənasını vermir.



Çünki anlamadığını sandığın hər şey, onun sabahını formalaşdıracaqdır.



Çünki onun bədəni, sənə aid deyil.



Çünki sevgini göstərməyin tək yolu, ‘toxunmaq’ deyil.



Çünki onun özünə güvənən bir şəxsiyyət olması lazımdır.



Çünki o sənə aid bir obyekt deyil; eynilə sənin kimi bir ‘insan’dır.



Çünki müdafiəsiz olması onun günahı deyil; hətta günah belə deyil.



Çünki o böyüyənə qədər, onun ehtiyaclarını qarşılamaq sənin vəzifəndir.



Çünki boylarınız eyni olmasa da, bu dünya üzərindəki haqlarınız eynidir.



Çünki onun tək bir sözü, sənin bir çox düşüncəndən daha qiymətli ola bilər.



Çünki böyümək üçün ehtiyacı olan tək şey çörək və su deyil.



Çünki onun özünü kəşf etmək üçün zamana ehtiyacı var.



Çünki sənin tək vəzifən ona bir şeylər öyrətməkdir.



Çünki onun kiçik bədəni, xəstəliklərə qarşı müdafiəsizdir.



Çünki hər uşaq kimi onun da dünyanı öyrənməyə haqqı var.



Çünki o, özünü qoruya bilmək üçün çox kiçikdir.



Çünki o “məsumiyyətin” ən gözəl halıdır…

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: