1. Sinqapur şəhərinin adı “sinqa”-şir  və “pur”-şəhər sözlərindən yaranıb.

  2. Sinqapur dünyanın ən kiçik sahəli 20 ölkəsindən biridir.  Sinqapurun sahəsi  715 kmtəşkil edir.

  3. Sinqapurun  4,5 milyona  yaxın sakini var. Onlardan 78%-i çinli, 14%-i malayziyalı və 7%  hindli-avropa əhalisi  təşkil edir.

  4. Şəhərin simvolu şir başlı balıq – Merliondur. Hər il sentyabr ayında mifik heyvana bayram həsr olunur.

  5. Sinqapurun iqlimi ekvatorial iqlimdir və orada hava həmişə isti və rütubətli olur.Beləki, il boyu orta hava temperaturu 25o-30o C , rütubət isə 82-86% təşkil edir.

  6. Sinqapur ekvatora yaxın enlikdə yerləşdiyi üçün burada günəş şüalarıçox güclü olur. Hətta hava buludlu olanda belə dəri yanıqları almaq mümkündür.

  7. Əhali arasında açıq dəri rənginə böyük rəğbət bəslənilir. Buna görə Sinqapurda sayca ən çox satılan kosmetik məhsullar – dərini ağardan məhsullardır.

  8. Əhalinin sıxlığına görə Sinqapur dünyada ikinci yeri tutur.

  9. Olduqca yüksək cərimələr və sərt qaydalara görə Sinqapuru “Fine city” (Cərimələr şəhəri) adlandırırlar.

  10. Cərimələrə aid kiçik nümunə: şəhər küçələrinin zibillənməsi və küçədə tüpürməyə görə sizi 400 USD cərimə edəcəklər.

  11. Qeyri-adi cərimələrdən biri də dibçəkdəki gülləri suvardıqdan sonra dibçəkdə artıq su qalanda tətbiq olunan cərimədir. Beləki, şəhərdə olan ağcaqanadlar malyariya və digər epidemiyaların yayıcılarıdır və şəhər qüvvələri ağcaqanadların yayılmasının sərt şəkildə qarşısını alır.

  12. Cərimələrdən savayı cəza kimi fiziki zərbələr də nəzərdə tutulur (həbs cəzasına əlavə).

  13. Sinqapurda uşaqlara tətbiq olunan fiziki cəzalar qanuniləşdirilmişdir və hətta şəhər mağazalarında yüngül bədən cəzalarını tətbiq etmək üçün xüsusi vasitələr satılır.

  14. Ölkədə həmçinin ölüm cəzası da tətbiq olunur. Bu cəza xüsusi qəddar cinayətlər üçün tətbiq olunur: qəddar qətl hadisəsi, uyuşdurucu maddələrin satışı, korrupsiya, dövlətə xəyanət və prezidentin həyatına qəsd.

  15. Ölüm hökmünün sayına görə Sinqapur dünya liderlərindən biridir və bu hökm əsasən narkotik alverçilərinə tətbiq olunur.

  16. Məhkəmə və qanunvericilik sisteminə Sinqapur dünyanın ən təhlükəsiz ölkələrindən biridir və burada cinayət səviyyəsi olduqca aşağıdır.

  17. Şəhərdə polis tapmaq qeyri-mümkün olsa da hər tərəfdə gizli və aşkar kameralar quraşdırılmışdır.

  18. Sinqapur heç bir təbii sərvətə malik deyil və hətta içməli suyu belə Malayziyadan idxal edir.

  19. 1959-1990-cı illər ərzində Sinqapurun baş naziri olan – Li Kuan Yu korrupsiya ilə mübarizə tədbirlərində xüsusi sərtliyi ilə seçilib. Beləki, onun fəaliyyəti ərzində ölkədə korrupsiya halları 0-a enmiş və bunun nəticəsində ölkədə iqtisadi artım baş vermişdir. Li Kuan Yu birinci olaraq korrupsiyaya görə öz yaxın adamları və dostlarını sərt cəzalandırmışdır.

  20. Sinqapurda hüquqi şəxslərin kompyuter qeydiyyatı cəmi 10 dəqiqə vaxt alır.