Gözəllik saatı: müxtəlif üz maskaları toplusu

259

Sifariş etdiyiniz maskaların kimya dolu tərkbini oxuduqdan sonra təbii vasitələrə üstünlük vermək qərarına gəldinizsə, bu məqalə sizin üçündür. Hər zaman soyuducumuzda olan təbii vasitələrlə istədiyimiz nəticələri asanlıqla əldə edə bilərik. Əsas olan, aşağıdaki maskaları müntəzəm olaraq etməkdir. Başlayaq!

İltihablara qarşı maska

Ərzaqlar:

  • 1 banan
  • 1 x. q. yoqurt
  • 1 ç. q. soda

İstifadə qaydası:

Bananı sıyıq halına gətirib, üzərinə soda və yoqurtu əlavə edin. Alınan kütləni üz dərinizə tətbiq edin. 10-15 dəqiqə saxlayın, yuyun. Bananın tərkibində olan faydalı maddələr sakitləşdirici təsir göstərəcək.

Məsamələrin genişlənməsinə qarşı maska

Ərzaqlar:

  • 2 x. q. yoqurt
  • 1 ç. q. коsmetik gil
  • 1/2 ç. q. bal (istəyə görə və allergiya yoxdursa)

İstifadə qaydası:

Kosmetik gili yoqurt və istəyə görə bal ilə qarışdırın. Maskanı üz dərisinə tətbiq edin və 15-20 dəqiqə gözlədin. Sərin su ilə yuyun. Maska yoqurtun köməyi ilə məsamələri daraldacaq, iltihabları aradan qaldıracaq və hətta dərinin rəngini açacaq.

Quru dəriyə qarşı maska

Ərzaqlar:

  • 1/2 yetişmiş avokado
  • 1 x. q. süd
  • 1 x. q. bal

İstifadə qaydası:

Əzilmiş avokado, süd və balı qarışdırın. Üz dərisinə tətbiq edin və 10-15 dəqiqə gözlədin. İlıq su ilə yuyun. Avokado sağlam yağlar ilə zəngin olduğu üçün dərini nəmləndirəcək və bonus olaraq sızanaqların yaranmasının qarşısını alacaq. Bundan  əlavə uzun müddət günəş şuaları altında qaldıqdan sonra da bu maskadan istifadə edə bilərsiniz.

Göz altı torbalara qarşı maska

Ərzaqlar:

  • 1 ç. q. qəhvə telvəsi
  • 1 çimdik üyüdülmüş qara istiot
  • 1/4 ç. q. əridilmiş kokos yağı

İstifadə qaydası:

Bütün ərzaqları qarışdırıb, təmiz gözaltı dərisinə tətbiq edin. 5-10 dəqiqə saxlayın, masaj edərək ilıq su ilə yuyun. Tərkibindəki kofeinin köməyi ilə maska qan damarlarını daraldacaq və şişlərin, qara torbaların yaranmasının qarşısını alacaq.

Yağlı dəri görüntüsünə qarşı maska

Ərzaqlar:

  • 1/2 orta ölçülü kartof
  • 1 ç. q. limon

İstifadə qaydası:

Üsul 1: Çiy kartofu doğrayıb, üzünüzə çəkin. 10 dəqiqə sonra üzünüzü yuyun.

Üsul 2: Çiy kartofu sürtgəcin kiçik dişindən keçirib üzərinə 1 ç. q. limon şirəsi çəkin. Qarışdırın və üz dərinizə tətbiq edin. Sərin su ilə yuyun.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al