Axmaq sarışın, cazibədar və şahanə gülüşü olan bir Hollywood ulduzu söyləyin desək, ölümünün ardından 54 il keçməsinə baxmayaraq bir çoxumuzun ağlına gələn ilk ad şübhəsiz ki, Marilyn Monroe olacaqdır. 36 illik qısa həyatına baxmayaraq Marilyn Monroe, bir dövrə damğa vurmağı bacarmış insanlardandır.

20-ci əsrə damğasını vuran, aktyorluğu və dillərə dastan gözəlliyi ilə hələ də dilimizdən düşməyən məşhur aktrisa həyatı ilə də insanların hər daim diqqətini çəkmişdir. Hətta ölümündən sonra adına filmlər çəkilmiş, öz əl yazısı ilə yazdığı qeydlərdən ibarət bir kitab belə nəşr olunmuşdur.