Ana səhifə Faydalı Həyatımızı məhv edən 4 bəhanə

Həyatımızı məhv edən 4 bəhanə

Uğur əldə etməyinizə maneə olan yeganə insan siz, yeganə qüvvə isə bu bəhanələrinizdir:

1. «Böyük uğurlara imza atmaq üçün ali təhsil almaq lazımdır».

Yox. Ali təhsil yalnız 8 saat ofis şəraitində işləyəcəyiniz zaman sizə lazım ola bilər. Öz biznesinizi açmaq arzusundasınızsa, diploma ehtiyacınız yoxdur. Universitet beyninizi bir anda elm ilə doldurmayacaq. Fərdi inkişaf qat-qat daha önəmlidir. Nümunə olaraq, Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberqi göstərə bilərik. O, sevdiyi işlə məşğul olmaq və öz biznesini qurmaq üçün Harvardı tərk etmişdir.

2. «Vaxtım yoxdur».

Bu uğursuzluğun şuarıdır. Gün ərzində 5 dəqiqə  belə vaxtı olmayan insan çətin tapılar. Arzularınıza və hədəflərinizə doğru kiçik belə olsa addımlar atmaq yerinə, vaxtınızı sosial şəbəkələrdə ana səhifələrdə keçirməkdən imtina edin. Həll yolu budur.

3. «Artıq gecdir».

Beyninizi hələ də aktiv fəaliyyət göstərir, nəbziniz hələ də vurursa, heç nə üçün gec deyil. Hər şey sizin öz əlinizdədir.

4. «Çox çətindir, mən bacarmaram».

Bacarmaram deyə bir yoxdur. İstəmirəm vardır. Başlamaq nə qədər çətin olsa, uğuru dadmaq bir o qədər şirin olar. Vacib olan, uğura doğru yola çıxmaq üçün ilk addımı atmağınız və həyatdan nə istədiyinizdən əmin olmağınızdır.

1-8 -ci sinif şagirdlərinin Mövzu Sınaq İmtahanları
This is default text for notification bar