Gündəlik problemləri həll etmək üçün bəzi hiylələr var. Onlar hər kəsin işinə yarıyır və həyatınımızı asanlaşdırır. Onlardan bir neçəsini sizinlə paylaşırıq!
- Yüngül yanıqlar zamanı ilk yardım olaraq diş məcunu və ya kartof dilimindən istifadə edin
- Mebeldə yaranan cızıqları aradan qaldırmaq üçün cızıqlara yunan qozu sürtün
- Təraş aləti vasitəsilə geyimin üzərində olan tiftikləri yox etmək mümkündür
- Telefonun “zaryadka”sının 2 qat daha tez dolması üçün onu uçuş modunda saxlayın
- Yumurtların üzərinə günəbaxan yağı çəksəniz onlar daha gec xarab olacaq
- Boğaz ağrısını aradan qaldırmaq üçün hilli süd için
- Baş ağrısına son qoymaq üçün alnınıza limon dilimlərini yerləşdirin. Sitrus qoxusu ağrını sakitləşdirəcək
- Stresdən azad olmağa nanə qoxusu kömək edəcək. Stressin nə olduğunu anında unudacaqsınız. İkinci çox maraqlı üsul isə, burun və dodaq arasındakı nöqtəyə barmaqla basaraq, stresə qalib gəlməkdir
- Milçək dərmanını ev şəraitində hazırlaya bilərsiniz. Bunun üçün lazımdır: limon dilimi, efir yağları, lavanda və rozmarin
- Soğanın sizi ağlatmasını istəmirsinizsə, soğan doğrayarkən saqqız çeynəyin
- Diş ağrısını kəsmək üçün mixək çeynəyin
- Südün tez qaynaması üçün ona 1 çimdik şəkər tozu əlavə edin
- Ütünü yanıq izlərindən təmizləmək üçün kağızın üzərinə duz səpin və kağızı ütüləyin