Fil dişi ovlanmasından qorumaq və bu gözəl heyvanların nəslinin tükənməməsi adına maarifləndirmə aparmaq üçün bir neçə il əvvəl bir kampaniya başladılmışdır. Keniyada, “David Sheldrick Wildlife Trust” (DSWT) adlı bir təşkilat, bölgədə təhlükədə olan körpə filləri xilas edərək, etibarlı bir sahədə baxımlarını təmin edir. Bu təşkilatda bu günə qədər 190 ədəd bala fil xilas olunmuşdur. Onların bir neçəsinin əhvalatından bəhs edən yazı bizi çox duyğulandırdı və içimizi ümidlə doldurdu.


1. Dişi fil, Roi

Roi 1.5 yaşındadır. Anası qaçaq ovçular tərəfindən öldürülən Roi, 10 aylıqkən tapılmışdır. Yaxşı ki, DSWT qrupu onu etibarlı bir yerə qısa müddətdə çatdırmışdır. Rio hal hazırda digər yetim fillərlə birlikdə çox xoşbəxtdir.


2. Erkək fil, Ndotto

Bu pambıq tüklü 1 yaşlı bala filin adı Ndotto’dur. Anasından ayrılan bu balacanı, bir qoyun sürüsünün içinə qarışmış haldaykən bir qəbilə üzvü təsadüfən tapmışdır. Bu gözəl insan da, Ndotto’yu xilas edəcək birilərini tapmaq üçün dağın digər tərəfinə qədər uzun bir səfər etmişdir. Ndotto’nun adı, Suahili dilində “xəyal etmək” mənasını verir. DSWT’dəki ən kiçik bala Ndottodur, amma ən uzun kirpiklərə sahibmiş. 🙂 Ən sevdiyi şeylərdən biri şüşədən süd içməkdir.


3. Erkək fil, Lasayen

Lasayen 1 yaşındadır. Fil sürülərinin quraqlıq vaxtlarda tez-tez getdiyi və bala fillərin bəzən aşağı düşdüyü bir su qaynağının altında tapılmışdır. İndi ən sevdiyi şey ən yaxın dostu Ndotto ilə oyun oynamaq və birlikdə yemək yeməkdir.


4. Erkək fil, Barsilinga

Barsilingia tapıldığı zaman iki həftəlik idi. İndi isə 3 yaşı var. 🙂 Onu, qaçaq ovçuların hücumundan sonra anasıyla birlikdə tapmışlar. Anası çox təəssüf ki, xilas edilə bilməmişdir. Amma Barsilinga’nı təyyarə ilə dərhal DSWT’yə gətirmişlər və müalicə etmişlər. Barsilinga’nın ən sevimli əyləncəsi digər körpə fillərlə birlikdə palçıq vannasında oynamaqdır.


5. Dişi fil, Kamo

Kamo təxminən 2 yaşındadır. Yeni doğulmuş və sürüsü tərəfindən tərk edilmiş bu körpə, başıboş bir şəkildə ətrafda gəzərkən tapılmışdır. Bəzən sürülər vəhşi təbiətdə həyatlarını davam etdirmək üçün, sürüyə çata bilməyən bir bala olduğu zaman bu çətin qərarı vermək məcburiyyətində qalırlarmış. DSWT’yə gəldiyindən bəri Kamok’un bir xasiyyəti var. Baxıcıları hara gedirsə, o da onları təqib edir. 🙂


6. Körpə fillər eynilə bizim kimidirlər, məsələn onlar da günəş kreminə ehtiyac duyurlar.

Baxıcılar yeni doğulan və çox kiçik olan körpə filləri günəşdən qorumaq üçün onlara günəş kremi vururlar. Xüsusilə də çəhrayı qulaqlarına… Təbii şərtlərdə fillərin günəş kremləri, bulandıqları palçıq və tozlardır.


7. Onlar da ədyalları çox sevirlər.

Hər bir yetim filin özünə aid ədyalı var. Çoxu, bölgədəki uşaqların öz əlləriylə toxuduğu ədyallardır. Dünyanın bir çox yerindən ögey ana və ataları da onlara isinmələri və özlərini etibarda hiss etmələri üçün ədyal göndərir. Balacalar bu ədyallara o qədər çox bağlanırlar ki, bəzən onlardan ayrılmaları aylarını alır.


8. Və bu sevimlilər də süd içməyi çox sevirlər.

Körpə fillərin günün ən sevdikləri zamanı süd saatlarıdır…