Haça Qaya Ziyarətgahı

3519
Tovuzla Gədəbəy arasında yerləşən Haçaqayaya Xınna dərəsindən qalxan yol Keşkənd yolu ilə çox sərt yamacdan keçir. İnzibati olaraq Tovuz rayonuna aid olsa da, buraya nisbətən rahat yolla yalnız Gədəbəyin Slavyanka kəndi ərazisindən keçərək getmək mümkündür. Slavyankadan 21 kmlik məsafədəki pirə maşınla 2 – 3 saatlıq yoldur. Yol boyu bulaq suları, möhtəşəm dağ mənzərəsinin m…üşaiət etdiyi bu yer Qərb zonasının ən böyük ziyarətgahıdır. Yüksəklərə qalxdıqca yaylaq camaatının qurduğu alaçıqlar çıxır qarşınıza. Yerlilər bu yaylaq evlərinə “binə” deyirlər.

Haçaqaya təbiət abidəsidir. Sanki iki yerə bölünüb. Yaxınlığında kümbəz deyilən bir yer var. Bir qaya parçasının üzərində əl və ayaq izləri var ki, bunların Həzrəti Əliyə aid olduğuna inanırlar. Buna görə də daşa ehtiram göstərirlər. Ziyarətgah may – oktyabr aylarında ziyarətçilərin axınına uğrayır. Elə ki, havalar soyuyur, ziyarətgaha gələnlərin də arası kəsilir. 2200 metr yüksəklikdə yerləşən ziyarətgaha ilk qar oktyabr ayında düşür.

Təbiət abidəsi olan Haçaqaya möcüzə hesab edilir. Əfsanəyə görə, qayanı Həzrəti Əli qılıncı ilə parçalayıb, daha sonra burada namaz qılıb və Allaha dua edib. O vaxtdan yerin adı Haçaqaya qalıb, yəni iki yerə parçalanmış dağ. Adla bağlı ən geniş yayılmış əfsanə belədir.

Bir gün Həzrəti Əliyə xəbər çatır ki, Tovuz – Qazax ellərində, Salsal adında bir pəhləvan müsəlman camaata zülm edir. Əli atı Düldülə minir. İndiki Haçaqaya dağlarında Salsal pəhləvanla üz – üzə gəlir. Qılıncı ilə pəhləvana zərbə endirir. Amma qılınc Salsalı kəsmir. Hz. Əli hirslənərək qılıncı dağa çırpır. Dağ iki yerə paralanır. O, əllərini göyə qaldırıb: “İlahi, bu nə möcüzədir?” deyə soruşur. Göydən səs gəlir ki, onun əynində 124 min peyğəmbərin adı yazılmış libas geyinib. Ona görə qılınc onu kəsmədi. Belə olan halda Əli Salsalı başının üstünə qaldırıb Zəyəm çayına tullayır və həmin yerdə namaz qılır. Buraya ziyarətə gələnlər həmin qayanı qırar, bərəkət, ruzi olsun – deyə evlərinə apararlar.

Camaatın Allaha dua etmək üçün üz tut-duğu məkandır. Qayanın üstünə çıxıb, ordan yarığın içinə də girmək 400 pilləlik xüsusi dəmir pilləkənlər vasitəsilə mümkündür. Haçaqayanın içərisinə daxil olanı vahimə basır. Qayaların arasında adam özünü qarışqa kimi hiss edir. Sanki divarlar indi üstünə uçacaq. Qaya divarlarının arasından yay – qış həmişə su damcılayır. Qılıncın zərbəsindən ağlamağa başlayan qayanın gözyaşı olduğuna inanırlar. Bu ziyarəti tamamlamaq xeyli yorucu, amma olduqca maraqlıdır. Ziyarət sonrası fiziki və ruhani rahatlıq hiss edilir
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: