(14.07.2018 tarixində) Hollivud ulduzu dünya şöhrətli aktyor Brus Uilissin imzaladığı papağı hədiyyə etmək üçün “Bildirchin Group” olaraq konkurs keçirdik. İlkin Həsəninin video təqdimatı ilə baş verən konkursu Azərbaycanın Facebook üzərində ən böyük, aktiv və sevilən Film Replikaları səhifəsində keçirdik.

Qısa müddət ərzində 450’dən çox iştirakçı oldu və jurilərin səs verməsi yolu ilə qalibləri müəyyənləşdirdik. Bütün iştirak edən izləyicilərimizə təşəkkür edirik və qalibləri təbrik edirik.


Qaliblər

Fuad Masimov -” CƏHƏNNƏMDƏ İTMİŞ ELEMENT” LOST ELEMENT IN HELL. Filmin qısa məzmunu. Yer kürəsini müdafiyə etmək üçün hazırlanmış və onu məhv olmaqdan son anda xilas etmiş daşlardan birinin yəni 5 ci elementin şər qüvvələr tərəfindən Cəhənnəm adlı planetə qaçırılması və elementlərin gücündən yer kürəsini məhv etmək üçün yeni bir plan hazırlayan yad planetliler və onların qarşısını ala biləcək Korben və Lilu cütlüyü. Dünyanı son anda qurtaran Korben artıq biraz yaşlanıb və başı öz ailəsinə qarışıb. Sakit həyat və sükütun pozulması yer kürəsinin təhlükəyə düşməsi Korben Dallasi yenidən öz köhnə peşəsinə yəni yer kürəsinin müdafiyyəsinə qalxmağa məcbur edir. Filmin sloqanı. Cəhənnəm nə qədər isti və qəddar olsada cənətti qorumağa dəyər. Baş rollarda Brus Villis və Milla Yovvic. (5 ci elementin davami. Brus ve Milla Yovicin çəkildiyi ən gözəl filmi yenidən görmək istərdim. Öz dövrünü qabaqlayan film idi bir vaxtlar) Qeyd: Fuad bəy Bakıda olmadığı üçün hədiyyəni qohumu götürmüşdür
Fəqan Əsgərov – Helləncək
Muxtar Safarov: “Sən də mi Brüs?”
Alizade Zeynal: “One week in City of Winds”

 

Qeyd: Qalibimiz əlavə olaraq Film üçün aşağıdakı Posteri də hazırlamışdır 🙂