İlham pərimizi harada axtaraq?

155

Yaradıcılıq böhranı hər birimizin qapısını bir gün döyür. Həmin günlərdə ilham pərisinə ehtiyacımız olur, o isə gəlmir ki, gəlmir. Bildirchin onu harada axtara biləcəyimizi bilir:

Onu təbiətdə axtarın:

  • Gəzintiyə çıxın və zaman anlayışını itirin. Özünüzlə kameranı götürün və gözünüzə gözəl və maraqlı görünən hər bir anı ölümsüzləşdirin.
  • Təbiət haqqında verilişlərə baxın və ya təbiət səslərini dinləyin. Gözlərinizi bağlayın və dərindən nəfəs alın. Özünüzü meşədə, çəmənliklərdə, okeanlarda hiss edin.
  • Təmiz havada idman edin.

Onu internetdə axtarın:

  • İdeyalarla bol olan TED mühazirələrini izləyin.
  • Digər insanların təcrübələrini əks etdirən ilhamlandırıcı məqalələr oxuyun.

Onu yeni imkanlarda axtarın:

  • Alınmayacağından qorxduğunuz üçün heç vaxt məşğul olmadığını şeylərlə məşğul olun.
  • Kiməsə yeni bir şeylər öyrədin.
  • Həyatınız boyu etmək istədiyiniz şeylərin siyahısını yaradın.

Onu insanlarda axtarın:

  • Yaxınlarınızdan aldıqları mühim həyat dərsləri haqqında soruşun.
  • Böyük uğurlar əldə etmiş məşhurların həyat hekayəsini oxuyun.
  • Ruhunuza toxunan musiqiyə qulaq asın. Bəstəkarın bu musiqini yaradarkən nələr hiss etdiyini düşünün. Eyni şeyi film və kitablarda yoxlayın.
  • Uşaqlarla vaxt keçirin. Onların səmimi gülüşlərindən enerji alın. Dostlarınız və sevdiklərinizi ziyarət etməyi də unutmayın.

Onu özünüzdə axtarın:

  • Həyatınızı dəyişdirə biləcək vərdişlərə yiyələnin.
  • Özünüzə zövq verməkdən başqa heç nə etməyəcəyiniz bir gün ayırın.
  • Gündəlik aparmağa başlayın. Onu zaman-zaman oxuyun. Daha öncə diqqət etmədiyiniz şeylərə rast gələcəksiniz.
  • Uşaq ikən sevdiyiniz məşğuliyyətləri yadınıza salın və onları yenidən edin.
  • Hər kəsin güclü tərəfləri var. Sadəcə onlar üzərində işləmək gərəkdir. Bunu unutmayın.

İlham pərisi baxdığınız hər yerdədir: baxışlarda, göydələnlərdə, ağaclarda, küləyin səsində və sükütda. Onu sadəcə görməyə çalışın.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al