İnsan Zooparkları – XIX və XX əsrlərdə mövcud olmuş parklardır. Burada Afrikadan gətirilmiş qaradərili insanlar qəfəslərə salınaraq “elit” ağdərililərə nümayiş etdirilirdi. Bütün Avropa və Amerikada milyonlarla ziyarətçilərin yüksək marağına səbəb olmuşdur. “Vəhşi məxluqlar, insana bənzərlər, insan oğluna ən çox bənzəyən varlıqlar ” deyə təsnif edilirdilər. Qadın, kişi, uşaq demədən Afrikadan gəmilərlə zorla gətirilən bu insanlar 1870-ci illərdən başlayaraq 1960-cı illərə qədər Belçika, Hollandiya, İspanya, Macarıstan, Almanya, İsveç, İtalya, ABŞ kimi ölkələrdə xalqa nümayiş etdirildi. İnsanlar nadir heyvanlarmış kimi qəfəslərə qoyulur və sərgilənirdi. Qəfəslərin kənarındakı lövhələrdə “Xahiş edirik yemək verməyin, daha əvvəl bəsləndirilib” yazılırdı. Bir çoxu üzərində paltar olmadan nümayişə çıxarılırdı.

    1931-ci ildə Parisdə, Eyfelin altında açılan insan zooparkını 1 milyon insan ziyarət etmişdi. 84 il əvvəl yeni qitədə iqtisadi böhranın, Sovetlər birliyində qıtlığın höküm sürdüyü bir zamanda Avropada irqçilik ən yüksək həddə çatmşıdı.

http://imageshack.com/a/img913/8493/3hR4uB.jpg

    1874-cü ildə Avropanın ən məşhur Zooparklarından birinin sahibi olan Carl Hagenbeck daha böyük bir bağ sahəsi alaraq fəaliyyətini daha da genişləndirmək istəyir. Belə ki, Hamburqlu olan tacir nümayiş etdirmək üçün gətirdiyi eqzotik heyvanlar arasına qaradərili insanları da əlavə edir. Almanyanın və dünyanın ən böyük İnsan Zooparklarından birinin təməli məhz beləcə qoyulur.

http://imageshack.com/a/img537/1088/izNuFZ.jpg

    Rəsmdə gördüyünüz Ota Benqa – 1904-cü ildə Amerkialı misyoner Samuel Philips Verner tərəfindən Konqo Respublikasından tutularaq digər qaradərililər kimi zincirə vurulub, çətin şərtlər altında Amerika Birləşmiş Ştatlarına gətirilmişdi. New Yorkda yerləşən Bronks Zooparkında bir neçə heyvan – şimpanze, qorilla və oranqutanla bilikdə “İnsanın Əcdadları” başlığı altında qəfəsdə nümayiş etdirilmişdir.

    Ota Benqa ailəsi və dostları olan, Allahın yaratdığı bir insan olmasına baxmayaraq sadəcə fərqli bir irqdən, qaradərili olduğu üçün onunla heyvan kimi rəftar edilir, heyvanlarla bir qəfəsə saxlanılılırdı. Nəticədə Konqodaykən evli və 2 uşaq atası olaraq yaşayan bir insan – Ota uzun illər çəkdiyi bütün bu əziyyətlərə, heyvan qəfəsində yaşamağa, edilən bütün təhqirlərə dözməyərək 1916-cı ildə intihar edərək özünü öldürmüşdür.

http://imageshack.com/a/img538/5057/OkZeVw.jpg

    Bu irqçi və qürur zədələyici hərəkətlər XX əsrin əvvəllərində çox böyük qalmaqallara səbəb olur. Bunun nəticəsində isə insan zooparkları artıq bağlanmağa, kölələr isə azadlığa buraxılmağa başlayır.

    1958-ci ildə Brüssel dünya sərgisində “Kongo Kəndi” başlığı altında nümayiş etdirilən sərgi insan zooparkının ən sonuncusu olmuşdur.

http://imageshack.com/a/img913/8493/3hR4uB.jpg

http://imageshack.com/a/img538/2290/pUaQY7.jpg