Heç kim birdən-birə intellektual olmur. İntellektuallıq daim öz üzərində çalışan insanların həyat tərzinə çevrilir. Bu kifayət qədər çətin və zövqverici yoldur. Çətinlik isə ancaq başlanğıcda hiss olunur, daha sonra isə vərdişə çevrilir. Aşağıda təqdim olunan məsləhətlər intellektual imkanları aktivləşdirməyə kömək edir.
1. Daimi olaraq fiziki hərəkətlərlə məşğul olun.
Necə deyərlər: sağlam bədəndə sağlam ruh olar! Daimi fiziki məşqlər qan dövranını yaxşılaşdırır və bunun nəticəsində beyin daha çox oksigen alır, beynin fəaliyyəti stimullaşır. Yaşınıza, həyat tərzinizə uyğun gələn fiziki məşq proqramını seçin. Əsas odur ki, məşqlərin daimiliyini qoruyub saxlayasınız.
2. Yuxu çatışmazlığı.
Çoxsaylı araşdırmalar təsdiq edir ki, yuxu çatışmazlığı diqqət pozğunluğu, yaddaş zəifliyi, görmə və eşitmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Psixi sağlamlığın dəstəklənməsi üçün dərin yuxu zəruri təsirlərdən biridir.
3. Sağlam, balanslaşdırılmış qidalanma.
Optimal şəkildə işləyə bilmək üçün beynimiz müəyyən qida məhsullarına ehtiyac duyur. Gündəlik qidalanma rasionunda vitaminlərin, amin turşularının və zülalların balanslaşdırılmış dozasını qəbul edin.
4. Siqaret çəkməyin!
Tütünün tərkibini təşkil edən toksinlər beynin fəaliyyətini ləngidir.
5. Spirtli içkilərin qəbulunu azaldın.
Müəyyən hallarda (bayram, kollektiv və s.) spirtli içkilərin şüurlu qəbulu ziyan vermir, lakin spirtli içki aludəçisinə çevrilmək olduqca asandır. İlk növbədə beyin, mərkəzi sinir sistemi zədələnəcək, daha sonra isə digər orqanlar.
6. Özünüzü yeniliklərlə əhatə edin, daima yeni biliklər əldə etməyə cəhd edin.
Misal üçün, yeni bilikləri xarici dil dərsləri, musiqi alətlərin istifadəsi üzrə ala bilərsiniz. Siyahını sonsuza qədər uzatmaq olar, çünki biliklər, bacarıqlar, hobbilər sonsuzdur. Bütün bunlar beynin elastikliyini və punktuallığını inkişaf etdirəcək. Abstrakt düşüncə və məntiqinizi inkişaf etdirmək istəyirsinizsə, riyaziyyatla məşğul olmağa başlayın.
7. Əhatənizi savadlı və intellektual insanlarla genişləndirin.
Savadlı insanların kompaniyasında aparılan mürəkkəb intellektual müzakirələr sizə yeni ideyalar və perspektivlər bəxş edəcək.
8. Kitab oxuyun və müxtəlif janrlara üstünlük verməkdən çəkinməyin.
Bu üsul sizin söz ehtiyatınızı, verbal intellektinizi, nitqinizi inkişaf etdirəcək.
9. Mürəkkəb kompyuter oyunları.
Yarış oyunları sizin reaksiyanızın sürətini inkişaf etdirəcək, amma əqli stimullaşmaya yol açmayacaq. Bunun üçün mürəkkəb qaydaları, strategiyası olan və xüsusi əqli bacarıqlar tələb edən oyunları seçin. Misal üçün, sadə nümunə: Braid, Portal