İNTİHARLAR HAQQINDA

– İntihar haqqında danışmaq kiminsə beyninə fikir SALMAYACAQ. Həqiqət bundan ibarətdir ki, bir çox insan onların acılarının hiss edildiyini və kiminsə kömək etmək istədiyini görəndə rahatlayır.
– İntihar edərək ölən insanların bir çoxu başqalarını xəbərdar EDİRLƏR. Risk faktorlarını, xəbərdarlıq siqnallarını bilmək və həmin insanla danışmaq intiharın qarşısını almaqda ən əsas faktordur.
– İntihar haqqında danışan insan ÇOX GÜMAN Kİ, kiminsə diqqətini cəlb etmək və kömək almaq istəyir. Onları ciddiyə almaq lazımdır. Bəlkə də, bu onların kömək istəmək üçün yeganə yollarıdır.
– Kimsə intihar etməyə çalışırsa, ÇOX GÜMAN Kİ, o yenidən bunu yoxlayacaq.
– İnsanın emosional durumu yaxşılaşsa, intihar riski hələ tam aradan QALXMAYIB. Çox güman ki, onlar qərarları ilə rahatladıqlarını düşündükləri üçün intihar edərək ölmək barədə qərar veriblər.
– İntihar haqqında düşünən bir çox insan QƏRARSIZ, hər iki tərəfə meyilli olur. Çox insan ölmək istəmir, onlar acılarının dayanmasını istəyirlər.
– Bir çox intiharın qarşısını almaq MÜMKÜNDÜR. Psixi sağlamlıq və zərərli asılılıqların effektiv müalicə metodları mövcuddur.

RİSK FAKTORLARI

Bu faktorlar bir çox hallarda fərdlərin intihar riski ehtimalının böyük olduğunu göstərir. Bu sadəcə intihar riskində artışa nəyin səbəb olması barədə yol göstərir. Bu O DEMƏK DEYİL ki, sizdə bu işarələr varsa, siz həyatınıza son qoyacaqsınız. İntihar riskini bir çox faktor artırır və davamlı olaraq professional şəxslər tərəfindən qiymətləndirilməlidir. Bir çox faktorlar birləşərək intihar riskini artırır, onlardan bəziləri aşağıdakılardır:

– Ruhi, psixi sağlamlıq problemləri
– Kişi cinsinə məxsus olmaq
Ailə tarixçəsi, intihara və ruhi sağlamlıq məsələlərinə həssaslıq
– Sui-istifadə, zorakılıq (fiziki, narkotik, məişət zorakılığı)
– İtkilər (ailə, dostlar, iş, maliyyə və s.)
– Dul qalmaq, boşanmaq, yaxud intihar cəhdindən sonra sağ qalmaq
– Aqressiv və impulsiv davranış
– Dəstək strukturlarının olmaması
– Kömək istəmək bacarığının zəif olması
– İmkansızlıq
– Seksual orientasiya ilə bağlı çətinliklərin olması
– Fiziki xəstəliklər
– Ailə pozuntuları ( boşanma, yaxud hüquqi problemlər)
– Travmatik hadisə
– Mədəni inanclar

XƏBƏRDARLIQ SİQNALLARI

– Ümidsizlik, köməksizlik
– Ölüm və intihar əndişəsi
– Ailədən, dostlardan, idman və sosial aktivliklərdən uzaq durmaq
– Davranışda kəskin dəyişiklik
– Depressiya
– Məxsus olduqlarını paylamaq
– Lazımsız risklər götürmək
– Artan alkoqol istifadəsi
– Enerjinin olmaması
– Sağlam düşünə bilməmək, doğru qərarlar verməmək, gələcəyi ağrısız görə bilməmək
– İşə, məktəbə, hobbilərə, sosial fəaliyyətə marağın itməsi
– Aşağı düşən məktəb davamiyyəti
– İştahda dəyişiklik, yuxu pozuntuları, görünüşdə dəyişiklik
– Bir müddət depressiyadan sonra ani gülərüzlük
– Yazılı tapşırıqlarda, rəsmlərdə ölüm, özünü məhv etmə mövzularına davamlı müraciət
– Dostların təzyiqi, ələ salması, internet vasitəsi ilə ələ salınmaq
– İş, məktəb, idman və s.-də uğurlu olmamaq barədə qayğılar və stress.

QORUYUCU FAKTORLAR

Qoruyucu faktorlar insanın həyata bağlanması üçün şəxsi, ailə və fərdlərarası faktorlardır. Qoruyucu faktorlar insanın intihar riskini dəyərləndirdikdə nəzərə alınmalıdır.
– Yumor hissi
– Dəstək şəbəkəsi (ailə, dostlar, məşqçilər, müəllimlər, ruhanilər)
– Yaxşı problem həlli bacarıqları
– Emosiyaları ifadə edə bilmək bacarığı və kömək istəmək bacarığı
– İman
– Ümid və optimizm hissləri
– Mübarizədən sağ çıxan mentaliteti
– Yaxşı qidalanma və mütəmadi fiziki məşq
– Nailiyyət hissi/uğur/hörmət/gərəklilik hissi
– Ailəyə bağlılıq, icma və dini qruplara bağlılıq
– Çevik, tez uyğunlaşan ola bilmək
– Məqsəd hissi
– Kömək üçün resurslar barədə məlumat və onlara çıxışın olması
– Mədəni inanclar

İNTİHAR RİSKİ ALTINDA OLAN ŞƏXSLƏ NECƏ DANIŞMALI?

Əgər kiminsə intihar etmək istədiyi barədə məlumatlısınızsa, onları dinləyərək onlara kömək edə bilərsiniz. Bir çox hallarda insanlar intihar haqqında ona görə düşünürlər ki, onlar başqa çıxış yollarının qalmadıqlarını, həyatları üzərində nəzarətlərinin olmadıqlarını, heç kimin onları nəzərə almadığını hiss edirlər. Yadda saxlayın ki, kiminləsə intihar haqqında danışmaq onların beyninə bu ideyanı salmayacaq. Bir çox hallarda, onlar acılarının nəzərə alındığını və kiminsə kömək etmək istədiyini görərək xeyli rahatlaşırlar.
– Şəxs qısa zamanda özünə zərər vermək riskindədirsə, onları yalnız qoymayın. Yardım üçün zəng edin.
– Əgər bu risk böhran mərhələsində deyilsə, oturub danışmağı təklif edin, ona tam diqqət yetirin.
– Onlara deyin ki, siz onların qayğısına qalırsınız, ümid var və siz onlara kömək etmək istəyirsiniz.
– Danışdığınız şəxsi başa salmağın çətin olduğunu görsəniz, sualı bir qədər fərqli qoyun. Məsələn, siz “bəən o qədər pis hiss edirsənmi ki, özünü öldürmək barədə düşünəsən?” soruşa bilərsiniz.
– Onlara intihardan başqa seçimlərin də olduğunu, onların öz həyatları üzərində az da olsa, nəzarətlərinin olduğunu demək, intiharın yeganə yol olmadığını onlara başa salacaq.
– Onları mühakimə etməyin. Məsləhət verin, onların hisslərini minimuma endirin, yaxud problemlərini həll edin. – Heç vaxt intihar riskində olan şəxsə özünüz tək yardım etməyə çalışmayın. Onlara çox diqqət, dəstək, professional dəyərləndirmə lazımdır.
– Bunu gizli saxlayacağınızla bağlı razılaşmayın. Bu həyat və ölüm məsələsidir və siz həmin insana kömək əldə etməyi bacarmalısınız.

Məlumat Massaçusets İntiharların Qarşısının Alınması üzrə Koalisiyaya məxsusdur