Özünüzü nə qədər ağıllı hesab edirsiz? Əgər bu suala İQ dərəcəsinə uyğun olaraq cavab verirsizsə, siz çox böyük səhvə yol verirsiz. Test etməkdən əlavə ağıl bacarıqlarını ölçməyin digər yolları var. Harvard Universitetinin professoru Hovard Qardnerin sözlərinə görə ağıl və emosional bacarıqlarla yanaşı insan intellektinı ölçmək üçün digər sahələrədə müraciət etmək olar.


1. Musiqi intellekti. Bəzi insanlar musiqini əqli bacarıq deyil, istedad hesab edirlər, lakin  professor Qardner əmindir: əgər biz söz ehtiyyatını və natiqlik bacarığını intellektin komponentləri kimi qəbul ediriksə, o zaman ritm və tembrləri başa düşmək bacarığını, onları hiss edə bilmək və onlarla ünsiyyət qura bilməyidə intellektin komponenti kimi qəbul etməliyik.

2. Məkan intellekti. Məkanda asanlıqla həqiqəti qəbul etmək və əşyaların yerini müəyyən edə bilmək şahmatçıya növbəti partiyanı qalib gəlməsinə, cərraha isə daha bir  tibbi  möcüzəyə imza atmasına köməklik edir.

3. Fiziki-kinestetik intellekt. Bütün idmançıların küt olması söhbətini tamamilə unutmaq lazımdır. Hərəkətlərin koordinasiyasında intellekt çox böyük rol oynayır, ancaq bunu ölçmək üçün standart İQ testi istifadə olunmur. Bu tip intellekt iki ölçüdə mövcuddur. Bunlardan biri problemin və qarşıya qoyulan vəzifələrin həlli üçün öz bədənini istifadə etmək bacarığıdır. Bədənin ayrı-ayrı hissələrini istifadə etmək qabiliyyəti isə digər ölçüdür. Buna yaxşı nümunə kimi sənətkarlığı göstərmək olar. Qardnerə görə fiziki cəhətdən çox işləyən insan intellektualdır.

4. Şəxslərarası intellekt. Bir az emosional intellekt anlayışına oxşayır, elə deyilmi? Şəxslərarası intellekt – sizin digər insanları necə başa düşməyiniz, onlara motivasiya verməyiniz və onlarla işləyə bilmək qabiliyyətinizdir. Bu tip intellekt liderlər üçün xüsusilə vacibdir.

6. Təbiətşünas intellekti. Bu canlıların növləri arasında olan əlaqəni, onların qarşılıqlı fəaliyyət prinsiplərini anlamaq üçün mühüm bir intellekt növüdür. Qardner bu intellekti naturalist, Çarlz Darvin  intellekti adlandırır.


Bəs sizdə hansı intellekt növü daha çox inkişaf edib?