The Forest (Meşə)
horrormovies2016_theforest
   Film Yapoiyadakı “İntihar meşəsi” haqqında çəkilib. Əkiz bacısının həmin meşəyə getdiyini bilən Sara bacısını axtarmaq üçün meşəyə üz tutur. Və meşədə dəhşətli hadisələrlə üzləşir… Onu da qeyd edək ki, Yaponiyada həqiqətən belə mistik meşə vardır.


Martyrs (İşgəncə otağı)horrormovies2016_martyrs   Uşaq olarkən istismar olunan iki qızın qisas almasından bəhs edən bu qorxulu film 2008-ci ildə çəkilən eyni adlı filmin yeni versiyasıdır.

The Witch (İfritə)horrormovies2016_thewitch   Film William, Katherine cütlüyünün və onların beş uşaqlarının kimsəsiz bir meşədə yaşamasından bəhs edir. Ancaq ailənin sakitliyi bir müddət sonra pozulur, yeni doğulan uşaqları yoxa çıxır, evin digər sakinləri qəribə səslər eşitməyə başlayır.

Before I wake (Mən oyanmazdan öncə)horrormovies2016_before_wake

   Bu film yatdığı zaman cinayətlər törədən oğlanın mistik hekayəsi haqqındadır.

The Conjuring 2 (Cadu) horrormovies2016_conjuring2   Bəli, davamı var. Conjuring 1 filminin davamı olan bu filmdə də oxşar hadisələr fərqli ailələrdə və fərqli məkanlarda baş verir. Ruh yenə narahatdır…

Clown (Kloun) clown-movie-image-2016-6-e1466971303548   Filmdə uşaqları sevimlisi klounun hər kəsi güldürən tərəfi deyil, tamamilə əks tərəfləri canlandırılmışdır. Oğlunu ad günündə təbrik etmək üçün kloun paltarı geyinən atanın başına gələn qorxunc hadisələr onu ailəsinə və başqalarına düşmən edir.

31

horrormovies2016_31_movie

   Siz Rob Zombie fanısız? O zaman buyurun, sizə növbəti film. Rock metal adamından sizlərə kabus yaşadacaq hekayə. Adam oğrularından ibarət bir qrupun saxlanıldığı cəhənnəm kimi təsvir olunan yerdə baş verənlər sizləri qorxu və həyəcan içində saxlayacaq. “Tək çıxış yolu ölümdür”.

The Girl with All the Giftshorrormovies2016_girl_with_all_gifts

   Virus nəticəsində insanlıq məhv olmuşdur. Bir alim və müəllim yanlarında Melanie adlı qızla həyatda qalmaq üçün hər yola əl atmağa çalışırlar.


Qeyd edək ki, 2016-cı ilin qorxu filmləri hələ bunlarla yekunlaşmır. Noyabr və Dekabr ayında yeni filmlər tamaşaçılara təqdim olunacaq. Daha öncə də bizləri qorxuda saxlayan “Rings 3”, “Ouija: Origin of Evil” və s. filmlərinə də bu il baxma imkanımız olacaq. Xoş seyrlər… 🙂