Həmsöhbətinizin yalan danışdığını müəyyən edə bilmək üçün bir neçə nüansa diqqət etməlisiniz.
Sözlərin konkretliyini qiymətləndirin.
Həqiqəti söyləməkdən çəkinən insan sualları cavablamaqda çətinlik çəkir, cavabın ətrafında müxtəlif detallardan ibarət labirint qurmağa çalışır. Nəticədə verdiyi cavabda dəqiqlik olmur.
Cavabın sürətinə diqqət edin.
Sizin suallarınıza doğru cavab vermək istəməyən şəxs öskürür, əsnəyir və başqa bu kimi davranışlarla “senari” qurmaq üçün vaxt qazanır.
Jestləri izləyin.
İnsan yalan danışarkən jestləri bir-birinə uyğun olmur. Belə ki, həmsöhbətiniz “yox” deyib, başı ilə “hə” cavabına işarə edən jestdən istifadə edə bilər.
Vizual əlaqəyə nəzər yetirin.
Yalan danışan şəxs həmsöhbətindən gözlərini qaçırır, onun gözlərinə baxmır. Bu hala utancaq insanlarda da rast gələ bilərsiniz, ancaq qarşınızdakı şəxsi nə qədər tanımağınız bu punktda sizə yol göstərə bilər.