Chivas Regal təsirinin qısaca mənası, “əgər bir məhsul bahalıdırsa, deməli həm də yaxşıdır.” Yəni bu təsir, bir məhsulun qiyməti atırsa, onun keyfiyyətinin də artdığı düşüncəsidir.

Hekayəyə görə, Chivas Regal qardaşlarının eyniadlı viski markası ilk çıxdığı zamanlarda gözlədikləri satışı edə bilməmişdi. Hər nə qədər bazar payı almağa çalışsalar da, istədiklərinin çox altında satış əldə etmişdilər. Daha sonra isə Chivas qardaşları, məhsullarının bazar qiymətini həmişəkinin 2 qatına çıxarır və heç gözləmədikləri halda satışlar rekord həddə çatır.

Bunun üçün 2 fərqli səbəb ortaya çıxır. Birincisi, viski həqiqətən ləzzətli və keyfiyyətlidir, ona görə də qiymətinə əsasən təsadüfən alanlar bəyəndiyi üçün yenidən almışlar. İkincisi isə, “bahalıdırsa, yaxşıdır da yəqin” və ya “ucuz viski almayım, camaat nə deyər?” düşüncəsi ilə bu viskini almışlar. Bu hadisədən sonra yeni bazar strategiyası ortaya çıxmış və adını da bu viksidən almışdır.

Məsələn, əvvəllər qiyməti Coca Cola-dan çox ucuza satılan Pepsi də qiymətini Coca Cola ilə eyniləşdirərək, satışları yüksəltmişdir.

Aparılan araşdırmalarda, müştərilərin bir çoxu məhsulun keyfiyyətini onun qiymətinə görə müəyyənləşdirdiklərini bildiriblər. Amma yenə də qeyd etmək lazımdır ki, qiyməti ucuz olan bütün məhsullar keyfiyyətsiz olmadığı kimi, hər bahalı məhsul da keyfiyyətli olmaya bilər. Ona görə də siz, məhsul almazdan əvvəl onun keyfiyyətini və bazar payını araşdırıb ala bilərsiniz. Bu sayədə, aldadılmaqdan da qurtularsınız.