Rəvayətə görə bir varlının və bir kasıbın uşaqları eyni sinifdə oxuyurmuş. Zəngin olan kişinin oğlu hər zaman dərslərindən aşağı qiymət alar və danlanarmış… Kasıbın oğlu yüksək qiymət alar və hər zaman təriflənərmiş.


Bir gün zəngin bəyzadə öz oğlunu da götürüb müəllimi danlamağa gələr. Deyər ki, mənim oğlum zəngin, atası böyük nüfuza malik bəs niyə o yoxsul gədənin oğlu mənim oğlumdan yaxşı qiymət alır, təriflənir… (acıqlı halda)


Müəllim: — Bilmək istəyirsinizmi səbəbi?
Zəngin bəyzadə :- Bəli!


Müəllim uşaqlara eyni tapşırığı verib deyir ki, sabaha kimi hazır olsun. Tapşırıq isə belədir. Qonşunun hinindən yumurta götürmək lazımdır, amma bu yumurta elə götürülməlidir ki, hec kim görməsin.

Uşaqlar evə gəlir, səhər olur ,həm kasıb ,həm də zəngin valideyinlərin hər ikisi uşaqları ilə bərabər məktəbə gəlir.


Müəllim soruşur tapırığımı yerinə yetirdinizmi ?
Zəngin balası ucadan fərəh hissi ilə: — Bəli müəllim! Yumurtanı müəllimə verir.
Muəllim kasıb şagirdindən soruşur sən niyə dinmirsən yoxsa tapşırığı yerinə yetirməmisən?
Uşaq məyus halda :- Xeyr müəllim .
Müəllim:- Niyə?
Uşaq: -Müəllim Vallah necə dəfə girdim hinə həm gündüz, həm qaranliqda ha çalışdım yumurtanı götürəm, amma məni kimsə görürdü. Ona görə də götürə bilmədim…
Müəllim:-  kim?
Uşaq: -Vicdanım, Allahım həm gecə, həm gündüz, həm işiqda, həm qaranləqda məni izləyirdi .

Müəllim üzünü zəngin bəyzadəyə tutub deyir: — indi gördünüzmü sizin tərbiyə verdiyiniz ilə saymadığınız, ayağının tozu qədər qiymət vermədiyiniz yoxsulun verdiyi tərbiyəni ?

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂