Keçmişdən günümüzə ən yaxşı qorxu filmləri

275

Sadəcə 7 filmdən ibarət ən yaxşı qorxu filmləri haqqında mini bir siyahı hazırladıq. Әn yaxşı 7 qorxu filmi deyildiyi zaman bir çox insanın ağılına fərqli rejissorlar tərəfindən çəkilən bir çox film gələ bilər, ancaq film dünyasında bu bir gerçəkdir ki, ən yaxşılar arasına girmək hər rejissora nəsib olmur. Bu səbəblə, ən sevilən janrlardan biri olan qorxu janrının ən müvəffəqiyyətli 7 filminə birlikdə nəzər salaq. Eyni zamanda şərh yazaraq siyahımızın zənginləşməsinə kömək edə bilərsiniz. Sıralama keçmişdən günümüzə şəklində hazırlanmışdır.


Qeyd: Siyahıdakı bütün filmlər Media Bildirchin saytına əlavə edilmişdir. Filmin adını “axtarış” hissəsinə yazaraq izləyə bilərsiniz. Xoş seyrlər … 🙂


7. Psycho (1960) – Rejissor: Alfred Hitchcock

Gəlmiş keçmiş ən yaxşı 7 qorxu filmləri arasında yer alan bu film, bir Hitchcock klassiki olaraq kino tarixinə keçmişdir. Qorxudan daha çox gərginlik üzərinə qurulu olan film, Oscara namizəd göstərilmişdir. Ssenarisi Robert Bloch’un romanından götürülən filmdə müdirinin pullarını oğurlayan Marion Crane’in, bir otelə yerləşməsindən sonra başına gələn hadisələrdən bəhs edilir. Psycho, kino tarixinin finalı ən təəccübləndirici olan filmlərindən biridir.
Müddər: 109 dəqiqə
IMDb: 8,5



6. Rosemary s Baby (1968) – Rejissor: Roman Polanski

Akademiya Mükafatlarında ən yaxşı köməkçi qadın mükafatı qazanmış bu filmin mövzusu, yeni evlərinə köçən gənc bir cütlük haqqındadır. Cütlük, irəliləyən günlərdə, qəribə qonşuları tərəfindən yavaş yavaş qorxudulduqlarının fərqinə varır və bu səbəblə doğulmamış uşaqlarının təhlükəsizliyi üçün narahatlıq duymağa başlayırlar. Film güclü ssenarisindən dolayı, izləyənlərin hər zaman tüklərini ürpərdən ən müvəffəqiyyətli filmlərdən biri olmuşdur.
Müddət: 136 dəqiqə
IMDb: 8,0



5. Alien (1979) – Rejissor: Ridley Scott

Alien, eyni zamanda rejissorunu da məşhur edən bir filmdir. Alien’dən əvvəl iki filmi olmasına baxmayaraq Ridley Scott, bu filmlə kino dünyasına adını qızıl hərflərlə yazdırmışdır. Alien elm-fantastika ilə qorxunu birləşdirərək izləyicilərə gerçək mənada qorxunu və kosmosdakı çarəsizliyi yaşada bilən nadir filmlərdəndir. Filmdə, uzaqdakı bir planetdən gələn SOS siqnalından şübhələnən kosmos gəmisi heyətinin bu planetə enişi və sonrasında bu planetdə kəşf etdikləri qorxunc bir varlıqdan bəhs edir.
Müddət: 117 dəqiqə
IMDb: 8,5



4. The Shining (1980) – Rejissor: Stanley Kubrick

Ssenarisi Stephen Kingin romanından götürülən və Stanley Kubrick tərəfindən idarə olunan filmdə bir yazar, həyat yoldaşı və oğlu şəhərə çox uzaq olan bir oteldə tək başlarına qalırlar. Otelə ilk gəldikləri anda, yazarın kiçik oğlu, doğuşdan gələn bəzi telepatik qabiliyyətləri sayəsində bu otellə əlaqədar qorxunc səhnələr görməyə başlayır. Bu, filmdə bütün hadisələri başladan ilk qığılcımdır.
Müddət: 146 dəqiqə
IMDb: 8,4



3. A Nightmare on Elm Street (1980) – Rejissor: Wes Craven

Bu film, bir çox izləyici tərəfindən bütün zamanların ən yaxşı qorxu filmləri arasında göstərilməkdədir. Xüsusilə filmin qorxuducu əsas qəhrəmanı olan və təraş bıçağından barmaqlarıyla çox uşağı öldürən Freddy Krueger da bütün zamanların ən qorxuducu film qəhrəmanlarından biridir. Filmdə, çox köhnə tarixlərdə bir evin qazan dairəsində diri-diri yandırılan Freddy, uzun illər sonra onu yandıranların uşaqlarına yuxularında iztirab verməyə başlayır…
Müddət: 91 dəqiqə
IMDb: 7,3



2. The Silence of the Lambs (1991) – Rejissor: Jonathan Demme

1990-cı illərdə televiziyalarda yayınlanan zaman, valideynlərin bir çoxunun uşaqlarına filmi izlətdirməmək üçün çırpındığı bir film idi. Ssenarisi Thomas Harrisin bir kitabından götürülən filmdə, bir qatili tutmağa çalışan gənc FBI agentini Jodie Foster; psixopat qatil olan Dr. Hannibal Lecter’ı isə Anthony Hopkins canlandırmışdır.
Müddət: 118 dəqiqə
IMDb: 8,6



1. Saw (2004) – Rejissor: James Wan

Saw, James Wan’ın kino dünyasında adını eşitdirdiyi və gələcəyin ən yaxşı rejissorlarından biri olacağını xəbər verən bir filmdir. Əgər qorxu filmlərində qan görmək istəyənlərdənsinizsə, Saw bu filmlərin ən yaxşısıdır. Filmdə iki adam özlərini bir otaqda, özünə ‘mişar’ deyən və onlar üçün ölümcül oyunlar hazırlayan, bir qatillə görürlər. İki insan da həyatda qalmaq üçün oyunları qatilin təyin etdiyi qaydalara görə oynamaq məcburiyyətindədir…
Müddət: 103 dəqiqə
IMDb: 7,7

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: