Eyni məktəbi, məhəlləni, küçəni ən mühüm də bir ömür eyni illəri paylaşan iki əsl dost idilər. Bir gün aralarında mübahisə düşdü. Amma bu dəfə fərqli tərəflərdə idilər. Mümkün qədər bir-biri ilə mübahisə etməməyə çalışsalarda, mübahisənin aralarında söz duelinə çevrilməsi gecikmədi. Dostlarının sayəsində məsələyə qürur qatıb bir-birlərinə qarşı sevgi dolu qəlblərini incitdilər. Küsülü olmalarının ikinci günündə bu inciklik ikisində də dayanılmayacaq hal aldı. Biri qürurunu ayaqları altına alıb dostunun qapısını döydü. “Kimdir o?” deyə bir səs eşitdi içəridən… Peşmanlıqla dolu səs tonu ilə cavab verdi o biri… Aradan keçən bir neçə saat adətən bir neçə ili xatırladırdı. Qürurunu ayaqları altına almağın fərqinə varan dostu yenidən bir ümidlə dostunun qapısını döydü. Eyni səs: “Kimdir o?” Özündən daha əmin bir səs tonu ilə cavab verdi: “Sən”əm! Bu üç hərf bir sehirli kəlmə oldu və qapı sonuna qədər açıldı.