1. Stenli Kubrik

Budur, əfsanəvi rejissor! Kino aləmində mükəmməlliyin təmsilçisi Stenli Kubrik. Çəkdiyi filmlər təkcə öz dövrünə deyil, bütün dövrlərə həsr edilib. Yaradıcı zəkası, kəskin ssenari dili onun uğurlarını şərtləndirən faktorlardandır. “2001:A Space Odyssey”, “A Clockwork Orange”, “The Shining”, “Paths Of Glory”, “Lolita”, “Dr.Strangelove”, “Barry Lyndon” kimi kult filmlərin müəllifidir.

2. Orson Uells

Kino dünyasının dahisi. Rejissoru  olduğu unudulmaz “Citizen Kane” filmində özü də rol alıb. Onun haqqında “bütün kino aləmini yerindən oynadan rejissor” da demək olar. Ölümündən illər keçsə də, çəkdiyi filmlər hələ çox yaşayacaq.

3. Akira Kurosava

Yapon rejissor və ssenarist. Kino tarixnin ən böyük rejissorlarından biri kimi qəbul edilir. “Rashomon” filmiylə adını tanıdan Kurosava “Shichinin no Samurai”, “Ran”, “Yojimbo” kimi fimləriylə əfsanəyə çevrilib.

4. Andrey Tarkovski

Rusiyalı yazıçı və rejissor. Onun da dünya kino tarixində xüsusi yeri var. “Poetik kino”nun ən önəmli nümayəndəsidir. “İvanovo detstvo”, “Solyaris” və “Andrey Rublyov”un müəllifidir.

5. Sergey Eyzenşteyn

Səssiz filmləriylə məşhurlaşan sovet rejissorudur. Ən yaddaqalan işi “The Battleship Potemkin”dir.

6. İnqmar Berqman

İsveç rejissoru və ssenaristi. Melanxolik film anlayışı olan Berqman 1957-ci ildə çəkdiyi “Det Sjunde Inseglet” filmiylə adını əbədiləşdirib.

7. Frenk Kapra

İtalyan əsilli amerikalı rejissor. 1939-cu ildə çəkdiyi “Mr.Smith Goes to Washington” filmiylə adını tarixə yazan Kapra 1946-cı ildə çəkdiyi və bu gün  də bütün dünyaya təsirini göstərən “It’s A Wonderful Life” filmini təqdim edib. Üç dəfə “Oskar” mükafatı qazanıb.

8. Frensis Ford Koppola

“The Godfather” kimi mükəmməl filmi ortaya çıxaran rejissor. Onun ardınca isə 1979-cu ildə “Apocalypse Now”u çəkib. Rejissor beş “Oskar” laureatıdır.

9. Alfred Xiçkok

Qorxulu filmlər dünyasının kralıdır. Filmlərində dahiyanə üsullardan istifadə edib. Bu gün də bir çox rejissor həmin üsullardan yararlanır. “Rear Window”, “Vertigo”, “Psycho” kimi məşhur filmlərin müəllifidir.

10. Stiven Spilberq

Kino tarixinə özünəməxsus ideyalar gətirən rejissor, xüsusilə, fantastik filmlərə imza atıb. “Schindler’s List”, “E.T, Jurassic Park”, “Saving Private Ryan”, “Jaws  ve Indiana Jones” filmləri ona şöhrət gətirib. Üç dəfə “Oskar” qazanıb.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry