Səmimiyyəti və mövzularının işləyiş tərziylə bir çox kinosevərin sevgisini qazanan Asiya filmlərinin son zamanlarda məşhurluğu getdikcə artır. Bu səbəbdən bu film siyahımızda ən çox sevilən Asiya filmlərini paylaşırıq. 🙂
Qeyd: Siyahıdakı bütün filmlər Media Bildirchin saytına əlavə edilmişdir. Filmin adını “axtarış” hissəsinə yazaraq izləyə bilərsiniz. Xoş seyrlər … 🙂
A Millionaire ‘s First Love
Bir az dram, bir az komediya və bolca da romantikliyin hakim kəsildiyi təsirli bir Cənubi Koreya filmi sizlərlə. “Bir milyoneri ilk eşqi” filmində hər şeydən əvvəl bir sevgi hekayəsi sizləri gözləyir. 18 yaşı tamam olan Kang Jae-Kyung adlı gənc atasından qalan mirasın tək varisidir. Nəfəs aldığı hər saniyə daha da zənginlənən Kang Jae-Kyung dostluqlara, sevgiyə, təhsilə və ədalət duyğusuna ehtiyac duymur. Çünki ehtiyacı olan duyğuların qapısını, sahib olacağı mirasla rahatlıqla aça biləcəyini düşünür. 18 yaşı tamam olduğu günün ertəsi atasının vəsiyyəti oxunan zaman Kang Jae-Kyung böyük bir şok yaşayır. Mirasın hamısının qeyd-şərtsiz ona veriləcəyini düşünən Kang Jae-Kyung vəsiyyətnamə içərisində sadalanan şərtlərə əməl etdiyi təqdirdə mirasa sahib olacaqdır. Әks halda mirasın hamısı xeyriyyəçilik məqsədilə bağışlanacaqdır.
My sassy girl
Kollec tələbəsi evə dönüş yolundakı metroda çox gözəl bir qıza rastlaşır. Qız sərxoşdur və ayaq üstə durmağa çətinlik çəkir. Qatarın önünə düşmək üzrəykən onu xilas edir. Metroda hər kəs onun sevgilisi olduğunu düşündüyü üçün də, qızın məsuliyyətini almaq məcburiyyətində qalır.
Hwayi: A Monster
5 nəfərlik bir cinayət təşkilatı, kiçik yaşda qaçırdıqları bir uşağı məqsədləri üçün böyüdürlər. 17 yaşına çatan Hwa Yi, ilk cinayətində bəzi həqiqətləri öyrənəcəkdir. Hadisələrlə əlaqədar keçmişini də sorğulamağa başlayacaqdır.
Tae-guk-gi hwinalrimyeo
Jin Seok və Jin Tae Lee analarıyla birlikdə yaşayan iki qardaşlardır. Böyük qardaş Jin Seok evlənmə hazırlığı içindəykən müharibə başlayır və iki qardaş də cəbhəyə gedirlər. Bu nöqtədən sonra Jin Seok qardaşıyla birlikdə evə sağ-salamat dönə bilmək arzusundadır.
Il Mare
Sung-hyun dəniz kənarında bir ev tutur və bura “Il Mare” adını verir. Bir gün poçt qutusunda bir məktub tapır. Məktub 2 il sonrakı bir tarixdə yazılmışdır. Məktubu yazan Eun-ju, Il Mare’nin gələcəkdəki sahibidir. Zamanlar arasında bir qarışıqlıq yaşanmaqdadır və hər iki tərəf evin önündəki poçt qutusu vasitəsilə bir-biri ilə fərqli zamanlarda xəbərləşməkdədirlər. İkilinin məktublaşması davam edərkən, bir-birlərini və həyatlarını da yavaş-yavaş tanımağa başlayırlar. Eyni evdə fərqli zamanlarda yaşayan bu cütlük, zamanla bir-birinə qarşı maraq duymağa başlayacaqdır.
Speed Scandal
Bir gün gənc və subay bir ana Jung-nam, Hyun-soo’nun radio proqramına öz həyat hekayəsini yollayır. Hekayəsində, heç görmədiyi atasıyla tanış olma istəyini açıqlayıb. Jung-nam, yanına 7 yaşlı uşağı Gi-dong’u da alaraq, Hyun-soo’nun qarşısına çıxır. Hadisələr dəyişəcək və Hyun-Soo’nun məşhurluğu təhlükə altına girəcəkdir. Artıq iş nüfuzunu qorumaq üçün əlindən gələni edəcəkdir.
Windstruck
Cinayətkarları yaxalamağa çox həvəsli yeniyetmə polis məmuru Kyung, istirahət günündə küçədən gələn kömək yalvarışlarına qulaq verərək cinayətkarın arxasınca düşür. Kyung arxasına düşdüyü adamı tutur lakin tutduğu adamın səhv adam olduğunun çox keçmədən fərqinə varır.. Amma xoşu gəldiyi üçün həmin insanı üzr istəyib buraxmaq yerinə, ona yaxınlaşmaq üçün açarı olmayan bir qandalları onun qollarına vurur.
A Moment to Remember
Mövzusunu 2001-ci il Yapon istehsalı olan televiziya serialı Pure Soul’dan götürülən filmdə özünə olduqca nadir rast gəlinən bir Alzheimer xəstəliyi diaqnozu qoyulan 27 yaşlı gənc qadın Sun-jin və aşiq olduğu insanın hekayəsindən bəhs olunur.
Memories of Murder
Cənubi Koreyanın Gyunggi bölgəsində 1986-ci ildə gözəl və gənc bir qız ölü tapılır. Böyük qalmaqal yaradan bu xəbərin ardından dedektifler Park Doo-Man və Cho Yong-Koo hadisəni araşdırmaq üçün vəzifələndirilir. Qatilin uzun müddət tapılmaması səbəbindən Seul’dan istintaqa kömək etməsi üçün Seo Tae-Yoon adlı bir dedektif gəlir. Üçüncü bir qadın cinayəti törədildikdə, Seo Tae-Yoon onu qatilə aparacaq dəlili tapdığına inanır və böyük bir qovalamaca başlayır.
Oldboy
Oh Dae-su, bir gün özünün bağlanılmış şəkildə bir hücrədə olduğunu görür. Necə bura gəldiyini düşünərkən hücrədəki televizorun fərqinə varır. Dünyayla olan bağı yalnız televizordur. Xəbərlərdə arvadının öldürüldüyünü görəndə isə dəhşətə qapılır və özünün o səbəblə bura gətirildiyini düşünür.