Daha əvvəl Leonardo DiCaprio adını eşitməmiş olmazsınız. Hollivud film sektorunun ən məşhur adlarından biri olan DiCaprio dünyanın hər yerində sevilən aktyordur. Yeni təqdim edilən “Once Upon a Time in Hollywood” filmi ilə izləyicilərini bir daha ekran önünə gətirən DiCaprionun şəxsi həyatı da yəqin ki, çoxlarını maraqlandırır. Filmləri haqqında çox yazılar oxumusunuz, bu dəfə sıra şəxsi həyatındadır. 😉

1. Leonardo DiCaprio uzun müddətdir siqaret çəkir. Doğrudur, Hollivudda siqaret çəkən tək məşhur o deyil, ancaq daha çox siqaretlə kameralara tuş gələn DiCapriodur. Filmlərdə siqaret çəkdiyi səhnələrə rast gəlmişdik, görünür, həyatda da siqaretə sevgisi böyükdür. O, 2010-cu ildə siqareti tərgitməyə cəhd göstərdi və nikotin bantları istifadə etdiyini açıqladı, ancaq uğurlu nəticə əldə edə bilmədi. İstifadə etdiyi üsullardan sonra gecə kabuslar gördüyünü deyən aktyor yenidən siqaret çəkməyə başladı. Son günlərdə isə elektronik siqaretlə görüntülənir.

2. Təbiəti sevdiyini qeyd etsə də, şəxsi təyyarələrindən və yaxtalarından imtina etmir. DiCaprio ətraf mühiti sevən biri olaraq tanınır, ancaq insanlar onu yuxarıda qeyd etdiklərimizə görə ittiham edir. Bir neçə dəfə şəxsi təyyarəsindən və yaxtasından istifadə edib. Müsahibələrində vaxtının az olduğu üçün onlarla getməyə məcbur olduğunu deyib.

Bütün bunlara rəğmən, DiCaprio ətraf mühit və dünya üçün çalışmağa davam edir. Evində günəş enerjisi istifadə edir və illərdir hibrit avtomobil sürür. Dünyada baş verən təbiət hadisələrinə də ilk reaksiya verən məşhurlardan biri və birincisi odur.

3. DiCaprionun 25 yaşından böyük sevgilisi olmayıb. Gənc qadınlara xüsusi marağı var. Əgər illərdi Leonu izləyən heyranlarındansınızsa sevgililərinin heç yaşlanmadığını siz də sezmisiniz. DiCaprio sevgililərinin 25 yaşdan aşağı olmasını xüsusilə seçir, yoxsa bu təsadüfdür? Aktyorun sevgililərini araşdıran bir tamaşaçısı 1999-2019-cu illərdə onun münasibətdə olduğu qadınların 25 yaşdan yuxarı olmadığını müəyyən edib. Məşhur aktyorun üstünlük verdiyi yaş 22-dir. Özünün isə bu il noyabrda 45 yaşı olacaq.

4. DiCaprionun dostları isə sabitdir. Ən yaxın 3 dostu ilə təxminən 30 ildir birlikdədir. Aktyor tez-tez sevgili dəyişdirsə də, dostlarının siyahısı heç dəyişməyib. Spiderman olaraq tanıdığımız Tobey Maguire ilə 12 yaşından bəri tanışdılar və dostluqları hələ də davam edir. Bu səmimi dostluq qrupunda yer alan digər iki şəxs isə Kevin Connolly və Lukas Haasdır.

5. DiCaprio və Vladimir Putin çox yaxşı yola gedirlər. Ötən illərdə Vladimir Putin nəsli kəsilən pələnglərin xilas edilməsi ilə bağlı təşkilat yaratdı. Bu birliyə vəhşi təbiəti qorumağı təmsil edən 13 ölkədən lider qoşuldu. Onlardan biri DiCaprio idi. Bu hadisədən sonra Putin onun haqqında çox xoş fikirlər bildirmişdi. DiCaprio isə nənəsinin rus olduğunu və bu səbəbdən Rusiyaya qarşı dərin sevgisi olduğunu bəyan edir. Onların söhbətindən sonra, DiCaprio ancaq mövzu haqqında danışıldığını və siyasi söhbətlərin edilmədiyini deyib.

6. O, Obama və Roma Papası ilə də çox vaxt keçirir. DiCaprio yalnız Putinlə deyil adını çəkdiyimiz şəxslərlə də yaxındır. Amerikanın eks prezidenti Obama qlobal istiləşmə ilə əlaqəli müsahibə vermək üçün DiCaprionu Ağ Evə dəvət etmişdi. Papa ilə görüşdə isə o, italyanca danışırdı. İqlim dəyişikliyi və qlobal istiləşmə mövzusunda söhbət etmişdilər.

7. DiCaprionun xüsusi tətil məkanı var və görüşdüyü bütün qadınları ora aparır. Fərqli sevgililərini eyni yerə aparan Leo burada problem görmür. Marlon Brandonun şəxsi adasında yerləşən və günəş enerjisi ilə işləyən villanın 1 günü üçün Leo 4800 $ ödəyir.

8. Bəs Dicaprionun bir adası olduğunu desək? O, 2015-ci ildə Belizdə yerləşən bir adanı aldı. Bu adaya görə 1.75 milyon dollar ödəyən Leo oranı “Blackadore Caye” adlandırıb. Və orada ətraf mühit üçün faydalı olacaq məkan inşa etmək istəyir. O, adanın eko sistemini əvvəlkindən daha yaxşı vəziyyətə gətirib. Xüsusi avadanlıqlardan istifadə edərək dəniz canlılarını qoruyacaq, bununla yanaşı həm də ağaclar əkərək adada yaşıllığı artıracaq. 2020-ci ildən fəaliyyətə başlayacağı deyilir. Ada bütün dünya üçün nümunəvi yer olacaq.

9. Kosmosa getməkdə qərarlıdır. DiCaprio üçün göy üzü sərhəd deyil, kosmosa getmək istəyir. Richard Bransona aid kosmos turizm şirkəti “Virgin Galactic”in 250.000 dollara satışa çıxardığı biletlərindən birini kim aldı? Əlbəttə ki, DiCaprio! Məşhur biznesmen Vasily Klyukin Leonun gedəcəyi kosmos nəqliyyatında bir nəfərlik yer üçün 1.5 milyon $ ödəyib.

10. O, narkotikdən uzaq qalmaq üçün əlindən gələni edir. DiCaprio siqaret və içki içməyinə rəğmən narkotik istifadə etmir. Daha əvvəl heç vaxt narkotik istifadə etmədiyini deyən Leo “Narkotikin insanlara nə qədər zərər verdiyini yaxın ətrafımda gördüm. Bu səbəbdən narkotikdən tamamilə kənaram.” deyə əlavə edib.