Məhəmməd Əli kimdir? Әfsanəvi boksçunun həyatı və unudulmaz yarışları

1688

74 yaşında vəfat edən Məhəmməd Əli (Cassius Marcellus Clay, Jr) 17 İyul 1942-ci ildə anadan olmuşdur. Louisville, Kentucky’də dünyaya gələn Cassius, 12 yaşında boks həyatına başlamışdır. 22 yaşında dünya Tüysiklet Çempionatında 1-ci olmuşdur. Qısa bir müddət sonra Cassius, müsəlman olmağa qərar vermiş və adını Məhəmməd Əli olaraq dəyişdirmişdir.



“Vyetnamlılar mənə heç bir pislik etməyiblər ki, onlarla savaşım” deyərək Vietnam müharibəsinə getməyi rədd etmişdir, lakin buna görə 5 il həbs və 10 min dollar pul cəzası almış, lisenziyası və pasportu da əlindən alınmışdır. Məhəmməd Əli, 1970-ci ildə Apellyasiya iddiasını qazanıb təkrar rinqlərə geri dönmüşdür, ancaq mütəxəssislər 3 il yarım aradan sonra yalnız 2 oyuna çıxan Məhəmməd Əlinin qazanmağa hazır olmadığı düşüncəsində idi. Özündən və yaxınlardan başqa bir çox insan onun kariyerasının bitdiyini düşünürdü, lakin Məhəmməd Əli, ard-arda çıxdığı oyunlarda rəqiblərini bir-bir məğlub etdi.



1974-cü ildə oyunların birində rəqibini gözlənilməz bir taktika ilə səkkizinci raundda nakaut edib layiq olduğu statusu Floyd Patterson’dan sonra təkrar əldə edən ikinci boksçu oldu. 1978-ci ildə isə Çempion Boksçu olaraq rinqlərlə vidalaşdı. 1984-cü ildə Parkinson xəstəliyinə tutulmasına baxmayaraq bunu gizlədərək, böyük pullar qarşılığında iki oyuna çıxmağa qərar verdi, lakin bu iki oyunda da məğlub oldu.



Professional idman həyatında sadəcə 5 dəfə məğlub olan, Olimpiya və Dünya çempionu Məhəmməd Əli, 36 yaşına qədər bütün çempionlar üçün tək ad olmağı bacardı və 37’si nakaut olmaq üzrə 56 oyun qazandı. Parkinson xəstəliyi səbəbindən uzun müddət Michigandakı evində gözlərdən uzaq yaşamağı seçən məşhur boksçu, 20 ildir dilindən düşməyən “Bütün zamanların ən yaxşısıyam..” sözünü isbat edərək bir əfsanə olmuşdur. Məhəmməd Əli 3 İyun 2016-cı ildə tənəffüs yolu narahatlığı səbəbiylə müalicə aldığı xəstəxanada həyatını itirmişdir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂