1. Xəbərdarlıq etməmiş qonaq getməyin. Yox, əgər sizə xəbərdarlıqsız qonaq gəliblərsə, evinizin və üst-başınızın hazır olmamağına görə üzr istəmək borcunda deyilsiniz.

    2. Kim olmağınızdan asılı olmayaraq – müdir, akademik, yaşlı qadın, məktəbli – otağa daxil olarkən birinci salamlaşmalısınız.

    3. Əl tutmaq, sıxmaq: Əslində qadınlarla görüşərkən əl sıxılmır, lakin qadın özü əlin uzadıbsa, bunu etmək olar, amma kişilərin əlin tutan kimi deyil çox həfif şəkildə.

    4. Restoranda hesabın ödənilməsi: Adətən yeməyə dəvət edən şəxs hesabı ödəməlidir. Əgər sizi qadın işgüzar görüşə dəvət edibsə, o, hesabı ödəyə bilər və burada təəccüblü heçnə yoxdur. Əgər kişi hesabı ödəməyi təkid edirsə, onunla mübahisə etmək lazım deyil.

    5. Çantaları masanın üzərinə qoymaq olmaz. Söhbət orta və böyük ölçülü çantalardan gedir. Çantanızı ya yerə (oturacağın kənarında) , ya da ki oturacağınızdan asmağınız daha uyğun olar.

    6. Ətirlərin istifadəsi zamanı qızıl qayda – həddi aşmamaq. Əgər, axşam evə qayıdarkən öz ətirlərinizin qoxusunu aydın şəkildə hiss edirsinizsə, əmin olun ki, gün ərzində ətrafınızda olan insanlar həmin qoxudan boğulublar.

    7. Kiminləsə yol gedərkən, əgər tərəfdaşınız tanışları ilə salamlaşırsa, sizdə salamlaşmalısınız.

    8. Sellofan paketləri yaxud butiklərin brend daşıyıcısı olan paketlərini ancaq alış-verişdən qayıdarkən istifadə etmək məqbuldur. Digər hallarda bu “görməmişlik” kimi qiymətləndirilir.

    9. Kişilər heç vaxt qadın çantasını götürməməlidirlər, çünki bu qadın aksessuarıdır. Xanımınıza köməyi, diqqəti başqa şəkildə yetirin.

  10. Ev geyimlərinin də layiqli görkəmi olmalıdır. Xalat və pijamalar səhər və axşam yataqdan vannaya və əksinə istiqamətdə istifadə üçün nəzərdə tutulub.

  11. Uşaqlar valideynlərindən ayrı otağa keçdiyi andan onların otağına daxil qapını döyün. Bununla onlarda qapı döyülməsi mədəniyyətini körpəlikdən aşılamış olacaqsınız.

  12. Beynəlxalq protokola görə zərgərlik əşyalarının sayı 13-ü ötməmlidir.

  13. İctimaiyyət arasında tabu (qadağa) mövzular: siyasət, din, sağlamlıq, pullar.

  14. Məşhur “8 sirr”: yaş, zənginlik, dualar, dərmanların tərkibi, sevgi münasibətləri, hədiyyələr, şərəf, namus-qeyrət.