Marağın azalması

Sevgili olan şəxslərin bir-birinə marağının azalması asan hiss olunan vəziyyətdir  və qarşı tərəfin diqqətini tez çəkir. Bu hal uzunmüddət davam edirsə, deməli, münasibətdə təhlükə var.

Sizinlə deyil, dostları ilə daha çox vaxt keçirməyə başlayır

Münasibətin bitməyinə yaxın dövrlərdə onu bitirmək istəyən tərəf əvvəl sevgilisi ilə keçirdiyi vaxtı artıq dostlarına ayırır. Səbəb isə dostları ilə hər şeyi paylaşa bilməsidir. Çünki danışılacaq mövzuları dostları ilə rahat bölüşə bilir.

İnamsızlığın yaranması

Əgər inamsızlıq başlayırsa bu artıq ciddi təhlükə var deməkdir. Xırda məsələlər böyük mübahisələr yaradırsa, “bir müddət fasilə verək” cümləsi işlədilirsə, əvvəlki kimi səmimi danışmırsa bilin ki, ayrılıq yaxınlaşır.

Mesajlaşmaların azalması

Əvvəl sizinlə tez-tez mesajlaşan və daha çox maraqlanır, amma son vaxtlarda ünsiyyətdə azalma və ya qısa cümlələrlə cavablayırsa bu da münasibətin yanlış yolda olmasına bir işarədir.

Sizə xəbər etmədən işlər görür

Ayrılığın astanasında olan şəxslər artıq bir-biri ilə hər şeyi bölüşmür. Hər hansı addım atanda xəbər etməkdən boyun qaçırırlar.

Sonda onu vurğulayaq ki, münasibətlərinizdə hər detala fikir verməyiniz vacibdir. Diqqət edilməyən mövzular nəticədə birləşərək ayrılığa səbəb ola bilər. Problemlərinizi vaxtında və birlikdə həll etməyə çalışın. Sevgi ilə qalın!

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Münasibətlərdə təhlükə siqnalları" A few seconds ago