Uzun müddətli münasibət üçün heç vaxt etmərəm dediyin şeyləri belə nəzərə almaq lazım olur. Bir-birinizə tolerantlıq göstərmək münasibətləri gücləndirir. Sevgi asan deyil, çətin zamanlarla doludur və hər iki tərəfi də eniş yoxuşlar gözləyir. Doğru insanla münasibətdə olmaq asandır, amma hər zaman deyilş Münasibəti davam etdirmək üçün nəzərə almalı olduğunuz 11 həqiqət.

1. Sevgi, bu həyatdakı hər şey kimi o da bitir.
Bu həyatdakı digər hər şey kimi sevgi də bitir. Sən və birlikdə olduğun insan zaman keçdikcə bir-birinizi daha çox sevməyə istəkli olmalısıız. Bəzi insanlar başqa cür ifadə etsə də, sevginin bitməsi mümkündür.

2. Mükəmməl münasibət yoxdur.
Mükəmməl münasibət deyə bir şey yoxdur. Hamımızın öz problemləri var və eniş-yoxuşlarla qarşı-qarşıyayıq. Mükəmməlliyi arzu etdiyiniz romantik düşüncələrinizdəki kimi bir münasibət, nə də mükəməl bir insan gözləməyin.

3. Sevgi hər zaman gözlədiyiniz kimi olmur.
Sevgi bəzən düşündüyümüz sevgi olmaya bilər. Sevginin həqiqi mənasını tapmaq üçün özünüzü bir az çətinə salmalısınız.

4. Səbrli olmalısan.
Aşiq olmağın artıq münasibətdə olduğun insanı xəyal qırıqlığına uğratmayacağın mənasına gəlmir. İkinizin də səbrli olmağa ehtiyacı olacaq, münasibətə qayğı və diqqətlə yanaşmalısınız.

5. Siz bir komandasınız.
Aşiq olduğunuz zaman sən və partnyorun güclü bir şəkildə bir-birinizə bağlı olduğunuzu hiss edə bilərsiniz. Bu dünyada öz-özünə yaşayan, amma birlikdə hərəkət edən ayrı varlıqlarsınız. Siz bir komandasınız, eyni insan deyilsiniz.

6. Kiminsə səni sevməyi sənə zərər verməyəcək mənasına gəlmir.
Kimisə sevməyin ona zərər verməyəcəyin mənasına gəlmir. Həyatda hər zaman ən sevdiyimiz insanlara zərər veririk.

7. Aşiq olmaq hər zaman xoşbəxt olmaq mənasına gəlmir.
Aşiq olmağın bir də heç vaxt kədərlənməyəcəyin mənasına gəlmir. Hamımız kədərlənirik, həyatda çətin anlarımız da olur.

8. Birlikdə olmaq arı vaxt keçirməyəcəyiniz mənasına gəlmir.
Aşiq olanda özünü kəpənək kimi hiss edə bilərsən. Amma bu hər anını onunla birlikdə keçirməli olduğun mənasına gəlmir. Ayrı vaxt keçirməyiniz artıq aşiq deyilsiniz mənasına da gəlmir.

9. Bəzən sevgi yetərli olmur.
Eşq bəzən işləri qaydasına qoymaq üçün kifayət etmir. Hər bir münasibətin sonsuza qədər davam edə bilməz. Nə zaman bitirməli olduğunuzu bilməlisiniz.

10. İkiniz də səhv edə bilərsiniz.
İkiniz də insansınız, ikinizin də xətaları ola bilər. Bir-birinizi sevməyiniz, hər şeyin başa düşüldüyü mənasına gəlmir. Bağışlamaq və unutmaq çox önəmlidir.

11. Sevgili olmaq hər mövzuda həmfikir olmalı olduğunuz mənasına gəlmir.
Sən və partnyorun mübahisə edə bilərsiniz, hər zaman eyni fikirləri dəstəkləyəcəksiniz deyə bir şey yoxdur.