Musiqi dinləməkdən əlavə, musiqilə ilə bütünləşmiş insanlar vardır. Öz musiqisini bəstələmək istəyənlər, dj’lik marağı olanlar, boş zamanlarında musiqi ilə məşğul olmaq istəyənlər və “sadəcə dinləmək mənə kifayət etmir” deyənlər üçün çox faydalı və olduqca praktik tətbiqlər var.

Bu postumuzda sizin üçün onların siyahısını hazırladıq. 🙂


1. edjing 5: DJ mixer turntable

Dünya səviyyəsində 30 milyon istifadəçiyə sahib olan “edjing 5”, “DJ” proqramıdır. Bu tətbiq, sizlərə çox müxtəlif funksiyaları təqdim edir. Professional səs effektləri, scratch, iki parçanı birləşdirmə və avtomatik səs effektləri bunlardan yalnız bir neçəsidir… Tətbiq, “Deezer”, “SoundCloud”, “Vimeo” kimi musiqi kitabxanalarına giriş təmin etmək və kitabxanalardakı parçaları tətbiqə ötürmək tənzimləməsinə sahibdir. Ayrıca yaratdığınız parçaları paylaşa bilərsiniz.


2. Music Maker Jam

Öz musiqisini bəstələmək istəyənlər üçün çox mükəmməl bir tətbiqdir. 100-dən çox fərqli tərzdə mahnılar hazırlamaq imkanınız var. Hip Hop, Dubstep, Techno, Rock, Funk, Trap, Drum & Bass, House, Ambient, Jazz, Film musiqiləri kimi bir çox fərqli janra sahibdir. Fərqli tərzləri kombinə etmə, musiqinin üzərinə canlı performans qeyd etmə və temp kimi sahələrdə tənzimləmə etmə imkanı təqdim edən bu tətbiq, təcrübəsi olmayanlar üçün belə olduqca asan istifadəyə sahibdir.


3. TuneIn Radio

Əgər ağıllı telefonunuzda radio dinləmək istəyirsinizsə bu tətbiq tam olaraq sizə görədir. Yerli və xarici, bir çox fərqli tərzdə ümumi 300.000-dən çox radio kanalına giriş əldə edə bilərsiz. Problemsiz işləməsi, gözəl dizaynı tətbiqə ayrıca müsbət bal qazandırır.


4. Musixmatch

Musixmatch, mahnı sözləri ilə maraqlananlar üçün mükəmməl tətbiqlərdən biridir. Bu tətbiq sayəsində, başqa bir tətbiqdə çalan mahnını dinləyərək sözlərini tapa bilərsiniz. MusicID hissəsindən də dinlədiyiniz mahnının məlumatlarını tapa bilərsiniz. Bunlardan əlavə, tətbiqi “Spotify”, “Play Music” kimi bir çox proqramla inteqrasiya etmə imkanına da sahibsiniz.


5. PlayerPro Music Player

“PlayerPro”, musiqi pleyeri tətbiqləri arasında ən yaxşısıdır deyə bilərik. Olduqca sadə və rahat bir interfeysə sahibdir. Bundan əlavə tətbiqdə, Last.fm dəstəyi də mövcuddur. Playback, video dəstəyi, xüsusi mövzular və bir çox xüsusiyyət bu tətbiqdə sizləri gözləyir.