http://imageshack.com/a/img910/9990/7rl2Tm.jpg

Özünə qarşı çox ciddi münasibət bəsləmə. Etdiyin səhvlərə görə peşiman olma, amma onları etiraf et.


http://imageshack.com/a/img907/4958/RZXF3D.jpg

Dramatik vəziyyətlərdən uzaq dur. Onsuzda bütün həyatın boyu ağrı və dramatik hadisələr səni izləyəcək. Sənin əlindən isə həyatına kədər, peşimanlıq, mənfi emosiyalar gətirən insanlardan uzaq durmaq və ümumiyyətlə onları özünə yaxın buraxmamaq gəlir.


http://imageshack.com/a/img537/7752/O4Oqru.jpg

Anan həmişə səninlə olacaq. Gün gələcək mən sənin yanından olmayacam, amma həmişə sənin  ürəyində və xatirələrində qalacam.


http://imageshack.com/a/img540/6328/VlckC0.jpg

Verdiyin sözlərə, vədlərə əməl et. Axı sən kişisən… Kişinin sözü isə bir olar.


http://imageshack.com/a/img540/3267/kTs17I.jpg

Ağlamaq – normal haldır. Sən daşürəkli deyilsən ki… Sən həssas, mehriban və ədalətlisən. Həyatda uğurların olduğu kimi məğlubiyyətlərin də olacaq. Bu zaman öz ruhsal vəziyyətini yüngülləşdirmək üçün göz yaşlarını vasitə kimi seçə bilərsən.


http://imageshack.com/a/img913/7661/WlHnHL.jpg

Sağlamlığının qeydinə qal. Sağlam qidalan, fiziki hərəkətlərə vaxt ayır və vaxtında həkimin qəbuluna düşməyə çəkinmə.


http://imageshack.com/a/img538/6738/osXWfZ.jpg

Özünü kainatın mərkəzi kimi hiss etmə. Yer üzərində həyat sən doğulmamışdan qabaq olub, var və olacaq. Fikrini ancaq öz üzərində cəmləmə və ətrafındakı insanlarla maraqlan, kömək et.


http://imageshack.com/a/img661/2/yepJl7.jpg

Öz dəyərini bil. Həyatda heç vaxt aza qane olma. Nə gündəlik həyatda, nə sevgidə, nə də iş həyatında. Ən yaxşı olub, hər zaman ən yaxşısını seç!


http://imageshack.com/a/img540/4482/s0isIX.png

Ürəyinin səsinə qulaq as. 


http://imageshack.com/a/img661/6875/ZFKnuz.jpg

Cəsur ol! Heçnədən qorxma.


http://imageshack.com/a/img907/2349/oF4KOP.jpg

Həyatına insanları seçərkən, daxil edərkən ağlına işlət.


http://imageshack.com/a/img538/4519/4sJiaf.jpg

Ətrafındakılardan yaxşı, artıq deyilsən. Sən möhtəşəmsən! Lakin, bu xüsusiyyət səni avtobus sürücülərindən, təmizlik işçilərindən üstün etmir. Həyatda əldə edəcəyin uğurlardan asılı olmayaraq, hər zaman ətrafdakılarına hörmət et.


http://imageshack.com/a/img538/9207/Yok8Ad.jpg

Sən çətinlikləri dəf etməlisən. Daima öz üzərində çalış, lazım gələndə kömək istəməkdən çəkinmə.


http://imageshack.com/a/img661/9627/lp70aY.jpg

İnsanlar yaxşı məxluqlardılar. Lakin, bu o demək deyil ki, həyatda qarşına pis niyyətli insanlar çıxmayacaq. Sadəcə pis niyyətli insanlara görə bütün insanları “qaralamaq” olmaz Wink


http://imageshack.com/a/img540/7994/mgqUcw.jpg

Hər zaman ailəni xatırla. Ailən həmişə sənin yanında olacaq. İstər xoş günündə, istərsə də çətin günlərində. Ailən səni olduğun kimi, bütün qüsur və üstünlüklərinə rəğmən qəbul edir, sevir.


http://imageshack.com/a/img901/4823/pierCX.jpg

Nəzakətli və mehriban ol. Mərifətsiz, davranışını bilməyən insanlarla ünsiyyət qurma. Əksinə nümunə götürəcəyin insanların əhatəsini seç


http://imageshack.com/a/img661/958/vXDieA.jpg

”Yox”-un mənası “yox”-dur. “Yox” cavabından sonra təşəbbüskarlıq göstərməyə dəyməz.


http://imageshack.com/a/img537/2176/SJkakt.jpg

Özün ol. Öz şəxsiyyətini qoru.


http://imageshack.com/a/img673/6917/TAN9J9.png

İmkan vermə pul həyatını təyin etsin. Həyat pullardan daha geniş anlayışdır və həyatın ən gözəl anları pullarla bağlı olmaycaq. Məqsədli surətdə çalış və pul qazan, amma imkan vermə ki, pullar sənin şəxsiyyətini müəyyən etsin.


http://imageshack.com/a/img633/4982/KbS90M.jpg

Yaxşılıq et.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Oğlunuz böyüməmişdən qabaq ona nələri deməlisiniz?" A few seconds ago