“Heç kim bilmir ölümün nə olduğunu, insana verilən ən böyük yaxşılıqdır bəlkə ölüm, amma ən böyük pislikmiş kimi qorxurlar ondan.” -Socrates



Ölüm haqqında edilmiş bir çox araşdırma var. Bu yazıda sizlərə həmin araşdırmalardan təəccübləndirici 4 elmi gerçəyi təqdim edirik.


1. Ölü bir bədənin qoxusu necə olur?
Ölü qoxusunun nəyə bənzədiyini təsvir etmək olduqca çətindir; lakin demək olar ki, hər kəs bu qoxunun pis olduğu mövzusunda həmfikirdir. İnsan bədəninin çürüməsi əsnasında çıxan qoxu, 400-dən çox uçucu kimyəvi hüceyrələrdən ibarətdir. Bu hüceyrələrin bir çoxu, heyvanlarla ortaqdır. Lakin edilən bəzi araşdırmalar göstərir ki, insan bədəninin çürüməsi zamanı, su ilə reaksiya nəticəsində spirt və turşu meydana gətirən üzvi birləşmələr olan esterlər meydana çıxır. Bu esterlər isə heyvanlardan fərqli olaraq yalnız insana məxsusdur. Amma, bu ESTER eyni zamanda xüsusilə çürümüş meyvələrdə də rast gəlinir. Səhiyyə işçiləri və morqda çalışan elm insanları ümumiyyətlə, ölü bədənlərin ürək bulandırıcı dərəcədə şirin iy verdiyini təsvir edir. Artıq bu qoxunun haradan qaynaqlandığını bilirik.


2. Öldükdən sonra dırnaqlar və saçlar uzanırmı?
Öldükdən sonra saçlarımızın və dırnaqlarımızın ən azından bir müddət böyüməyə davam etdiyini eşitmisiniz. Həqiqətən də, xüsusilə qısa bir müddət sonra açılan məzarlardakı cəsədlərin saçlarının, saqqallarının və dırnaqlarının uzandığı görülmüşdür. Lakin bu tamamilə bir göz yanılmasıdır. Əslində öldükdən sonra saçlar və dırnaqlar uzanmaz. Belə yanılmamızın səbəbi bədənin su itkisindən büzüşməsidir. Bu vəziyyət, saçları və dırnaqları daha uzun göstərir. Ölümdən sonra, saç kökü və dəri altındakı hüceyrələr canlı qalsa belə, saç və dırnaqların uzanması üçün hormonal sistem tələb olunur. Bu səbəblə öldükdən sonra saçların və dırnaqların uzanması kəsilir.


3. Ölüm qorxusu yaşlandıqca azalırmı?
İnsanların yaşlandıqca ölümdən qorxmasını gözləyərsiniz elə deyilmi? Edilən bir çox araşdırma göstərir ki, ölüm qorxusu 20-li yaşlarda ən üst nöqtələrdə ikən, 60 və 70-li yaşlarda bu qorxu və narahatlıqlar minimuma enməkdədir.


4. Ölüm haqqında düşünmək, bizə necə təsir edir?
Son 25 ildə edilmiş 200-dən çox araşdırma göstərir ki, ölümü düşünmək insanları simvolik ölümsüzlüyə sürükləyir. Yəni insanlar daha çox uşaq sahibi olmaq və öz adlarını uşaqlarına vermək istəyirlər. Və bu kəslər öz nəslinin davamını yenə öz adıyla təmin etməyə çalışırlar.